Göy-yaşıl, həm də yeni mənasında işlənilir - "GÖYÇƏ" FESTİVALI
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti ”Göycə” festivalı keçirilir.
Mayın 19-da başlayan III “Göycə” festivalına böyük maraq var. Səhər saat 9-da artıq Naxçıvanqalanın geniş ərazisində qələbəlik müşahidə olunurdu. Yüzlərlə Naxçıvan sakini və şəhərdəki turistlər göycə sərgiləri ilə tanış olmaq üçün buraya gəlmişdi.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Əvvəlcə Naxçıvanqalanın mərkəzində festivalın açılış mərasimi keçirildi. Tədbirin aparıcıları xalqımıza məxsus ənənələrin yaşadılmasında, naxçıvanlı bağbanların, xalq seleksiyaçılarının hələ VII əsrdən bəri yetişdirməyə başladığı göycənin şöhrətinin yayılmasında 2016-cı ildən başlayaraq keçirilən “Göycə” festivalının əhəmiyyətindən danışaraq bildirdilər ki, Naxçıvanda yetişən göycə ilə yanaşı, ləziz dadı olan alma, armud, qoz, badam, üzüm sortları da yaxşı tanınır. Elə bu səbəbdən də hələ orta əsrlərdən Naxçıvan “meyvə cənnəti” adlandırılıb.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov qeyd etdi ki, Naxçıvanda göycənin iriliyinə, dadına və digər genetik xüsusiyyətlərinə görə 5-dən çox formasına rast gəlinir. Azərbaycan dilində yalnız Naxçıvan dialektinə məxsus “göycə” sözü göy-yaşıl mənası ilə bərabər, həm də yeni, təzə mənasında işlənilir ki, bu da yazda ilk yetişən faraş meyvə kimi Naxçıvan göycəsinə şamil olunur. Alim bildirdi ki, Naxçıvanda əsasən Arazboyu maili düzənlik ərazilərdə göycə bağlarının salınması üçün əlverişli ekoloji şərait mövcuddur. Muxtar respublika rəhbərinin Naxçıvanda meyvəçiliyin inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğı nəticəsində göycə kimi brend məhsullarımızın istehsalının daha da artırılması, bu sahədə elmi tədqiqatların aparılması, bağçılıqda dünya standartlarının mənimsənilməsi üçün geniş imkanlar açılıb. Bu mənada, yazın ilk yeyilən meyvələrindən olan göycənin vətəni Naxçıvanda meyvəçiliyin inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər artıq bəhrəsini verməyə başlayıb.
Sonra festivalda sərgilənən Naxçıvan göycəsinə baxış keçirildi. Muxtar respublikada göycənin ən çox yetişdirildiyi Şərur, Babək, Kəngərli, Culfa və Ordubad rayonlarından 100-dən çox bağbanın gətirdiyi meyvələrə böyük maraq var idi. Burada vətəndaşlara nümunəvi satış xidməti də təşkil olunmuşdu. Naxçıvan bazarlarında ilin bu mövsümündə göycə bolluğu olsa da, nəfis şəkildə bəzədilmiş stendlərdə sərgilənən göycənin və göycədən hazırlanmış məhsulların yarıdan çoxu qısa zamanda satıldı. Burada həmsöhbət olduğumuz bağbanlardan Qüdrət Xudaquliyev və Kamil Bayramov gətirdikləri göycə məhsuluna marağın böyük olduğunu bildirdi, festivalın təşkilinə görə dövlətimizə minnətdarlığını ifadə etdilər.
Naxçıvan Dövlət Filarmoniyasının maraqlı konsert proqramı ilə keçən festival sabah da davam edəcək və günün sonunda bağbanlar arasında “Ən yaxşı göycə” müsabiqəsi ilə tədbirə yekun vurulacaq.
© Azərtac
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























