“Cahan Holdinq” 27 milyonluq müəssisəni istifadəyə verdi
Mayın 14-də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış tam avtomatlaşdırılmış plastik boru, profil və aksesuarların istehsalı müəssisəsi fəaliyyətə başlayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən “Marja”ya bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının sədri Vüqar Abbasov tədbirdə çıxış edərək deyib ki, bu gün istifadəyə verilən plastik boru, profil və aksesuarların istehsalı müəssisəsi də özəl sektorun inkişafına göstərilən qayğı nəticəsində yaradılıb. Müəssisənin yaradılmasına 27 milyon manat vəsait sərf olunub ki, onun 5 milyon manatı Sahibkarlığa Kömək Fondunun, 22 milyon manatı isə müəssisənin daxili imkanları hesabına ödənilib. Vüqar Abbasov sahibkarlığın inkişafı üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə etdiyinə və yeni sənaye müəssisəsinin fəaliyyətə başlamasına görə sahibkara və kollektivə təşəkkür edərək deyib: Sahibkarlıq sinfi o yerdə formalaşır ki, orada sahibkarlığın inkişafına dövlət qayğısı göstərilir, bu sahə ilə bağlı müvafiq qanunlar qəbul və icra olunur, eyni zamanda, istehsal olunan məhsulların bazarı vardır. Yeni müəssisə də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti üçün yaradılan şəraitdən bəhrələnilərək qurulmuşdur. Müəssisənin istehsal etdiyi məhsulların daxili bazarda satışı üçün hərtərəfli şərait var. Bu gün tələbatın yerli istehsal hesabına ödənilməsi və yeni iş yerlərinin açılması qarşıda duran əsas vəzifələrdəndir. Müəssisənin istehsal gücü ayda 1500 tondur. İstehsal olunan məhsullara olan daxili tələbat isə ayda 250 tondur. Tələbatdan artıq istehsal olunan məhsullar xarici ölkələrə ixrac olunacaq və ölkəmizin digər bölgələrində satışı həyata keçiriləcəkdir. Bu da muxtar respublikamızın ixrac potensialının daha da artmasına və idxaldan asılılığın azalmasına imkan verəcəkdir. Eyni zamanda, müəssisədə ilkin mərhələdə 300-ə yaxın yeni iş yerinin açılması və gələcəkdə işçi sayının artması ailələrə dəstəkdir. Bu gün Naxçıvan Muxtar Respublikasında işsizlik problemi yoxdur. Yeni iş yerlərinin açılması hər ailədə bir neçə nəfərin işlə təmin olunmasına imkan verir. Bu da ailələrin yaşayış səviyyəsinin yaxşılaşmasına şərait yaradır.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
Məlumat verilib ki, 14 min kvadratmetr sahəsi olan müəssisə istehsal sahəsindən, idarəetmə və iş otaqlarından, laboratoriya, hazır məhsul və xammal anbarlarından ibarətdir. İstehsal sahəsində tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılıb. İstehsal gücü ayda 1500 ton olan müəssisədə müxtəlif qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su boruları, eləcə də polietilen əsaslı sərt sulama boruları, PVC əsaslı lambir, saydinq və aksesuarlar, PVC əsaslı yumşaq rezin suvarma şlanqları, kanalizasiya boruları, müxtəlif boru fitinqləri olmaqla, 7 növdə və 160 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan hər məhsul növünə beynəlxalq sertifikat verilib.
BAKIDA SATIŞ MƏRKƏZİ YARADILIB
Laboratoriyada məhsulların keyfiyyətinə xüsusi diqqət yetirilir. Quraşdırılan müasir avadanlıqlar məhsulların təzyiqə, istiliyə və zərbəyə davamlılığına, o cümlədən xammalın tərkibinin yoxlanmasına imkan verir. Müəssisənin Bakı şəhərində və rayonlarda satış mərkəzləri yaradılıb. Həmçinin məhsullar xarici ölkələrə ixrac olunacaq, gələcəkdə ixracyönümlü məhsulların sayını artırmaqla yeni bazarlara çıxış imkanları yaradılacaqdır.
Müəssisənin ərazisində təhlükəsizlik kameraları quraşdırılıb, işçilər nahar yeməyi, xüsusi geyim forması və nəqliyyat xidməti ilə təmin olunublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
7 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul

















.jpg)





