Dünyanın aparıcı universiteti Azərbaycanda Fond təsis etdi - STARTAP VƏ SAHİBKARLARA DƏSTƏK
SOCAR AQŞ MMC-nin dəstəyi ilə Massaçusets Texnologiya İnstitutu (MİT) Azərbaycanda startap və gənc sahibkarlığın inkişafı Fondunu təsis etdi
SOCAR AQŞ dünyanın aparıcı universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutu (MİT) ilə birgə MİT-Azərbaycan Fondunun yaradılmasına dair razılaşma imzalamışdır.
Layihənin əsas məqsədi mobil/veb tətbiqinə əsaslanan startap (yeni texnologiya və innovativ ideyalara əsaslanan yeni şirkətlərin təsis olunması) və özəl sahibkarlığın inkişafına töhfə vermək, tələbələr üçün sahibkarlıq və kompyuter proqramlaşdırma sahələri üzrə intensiv kurslar təşkil etməkdir. Bu məqsədlə MİT-Azərbaycan Fondu Massaçusets Texnologiya İnstitutunun Beynəlxalq Elm və Texnologiya Təşəbbüsləri (MISTI) Proqramı çərçivəsində Azərbaycanda Qlobal Startap Laboratoriyasının yaradılmasını və fəaliyyətini dəstəkləyəcəkdir.
Sazişi MİT-nin maliyyə məsələləri üzrə vitse-prezidenti cənab İsrael Ruiz və SOCAR AQŞ MMC-nin baş direktoru Ramin İsayev imzalamışlar.
İlk MİT-Azərbaycan Qlobal Startap Laboratoriyası 2018-ci ilin yayında ADA Universitetində təşkil olunacaq. Proqramın ADA Universitetində təşkil edilməsi ilə bağlı qərar MIT nümayəndəsinin 2017-ci ildə Bakıya səfəri zamanı ali təhsil müəssisələri arasında apardığı qiymətləndirmə missiyası əsasında müəyyənləşdirilmişdir. İştirakçıların seçim prosesi MİT-nin müsabiqə komissiyası tərəfindən həyata keçiriləcək. Müsabiqədən uğurla keçən gənclərə startap biznesinin təsis edilməsi ilə bağlı dəstək veriləcək. Gənc ideya müəllifləri investorlar, Startap və İnkişaf Mərkəzlərinin nümayəndələri və ölkəmizin startap ekosisteminin aparıcı qurumları ilə görüşəcək. Məzunlar MİT-nin qlobal startap və ideya müsabiqələrində iştirak edə biləcəklər. Bununla da Qlobal Startap Laboratoriyası gənc sahibkarların qlobal maliyyə, innovasiya və startap ekosistemlərinə çıxış imkanlarını genişləndirəcək.
İmzalanma mərasimində iştirak edən Massaçusets Texnologiya İnstitutunun Beynəlxalq Elm və Texnologiya Təşəbbüsləri (MISTI) proqramının Avrasiya üzrə Fakültə rəhbəri, Prof. Elizabet Vud bildirmişdir: “MİT dünyada innovativ texnologiya və sahibkarlıq təşəbbüslərinin genişləndirilməsində mühüm rol oynamaqdan qurür duyur. MİT- Azərbaycan Qlobal Startap Laboratoriyası vasitəsilə biz, ən yaxşı təcrübə və müasir yanaşmaları tətbiq etmək, Azərbaycanın startap və innovasiya ekosistemlərinin inkişafına təkan vermək niyyətindəyik”.
ADA Universitetinin rektoru, Dr. Hafiz Paşayev: “MİT və SOCAR AQŞ MMC arasında təşəkkül tapan bu mühüm əməkdaşlıq sayəsində ADA Universitetinin İnnovasiyalar Mərkəzi öz startap və innovasiya imkanlarını əhəmiyyətli şəkildə təkmilləşdirə biləcək. Bu əməkdaşlıq ölkənin startap ekosisteminin inkişafı üçün çox mühüm töhfədir ’’.
SOCAR AQŞ MMC-nin Baş direktoru, Ramin İsayev: “Azərbaycanın gənc və böyük sahibkarlıq potensialına malik əhalisi var. ‘’Ölkəmizdə innovativ iqtisadiyyat sahələrini gücləndirmək üçün startap ekosisteminin dirçəldilməsinə böyük ehtiyac var. SOCAR AQŞ bu istiqamətdə ölkəmizə verdiyi töhfəsi ilə qurur duyur!’’.
Layihədə iştirak etmək istəyən tələbələr 29 may 2018-ci il taixinə aşağıdakı veb səhifəyə daxil olaraq rəsmi müraciət etməlidirlər: http://gsl.mit.edu/program/azerbaijan-summer-2018/
SOCAR AQŞ milli qazma müəssisəsi olaraq neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mövcud imkanların artırılmasına yönəlmiş təşəbbüs və proqramları dəstəkləyir. SOCAR AQŞ ali məktəblərin 3-cü və 4-cü kurslarında, eləcə də maqistr dərəcəsində təhsil alan tələbələr üçün Yay təcrübə Proqramını həyata keçirir, həmçinin neft-qaz ixtisası üzrə təhsil alan tələbər üçün SOCAR AQŞ Təqaüdü təsis edilmişdir. SOCAR AQŞ-nin səhmdarları SOCAR və Nobel Oil Services şirkətləridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
7 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
9 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı















.jpg)

.jpg)



