"Dəyişiklik kirayə qalmaqla ev almaq imkanı yaradır"
İqtisadçı ekspert Vüqar Bayramov ölkə prezidenti tərəfindən İpoteka və Zəmanət Fondunun nizamnaməsində edilən dəyişikliklərlə bağlı fərmanları şərh edib. V. Bayramov bununla bağlı bildirib ki, Azərbaycan prezidenti tərəfindən İpoteka və Zəmanət fondunun nizamnaməsində edilən dəyişikliklər ipotekaya əlçatanlığın təmin edilməsi baxımından vacibdir: “Dəyişikliklərə diqqət yetirsək görərik ki, burada sözügedən Fondun fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.
Əvvəl bu fond ipoteka və güzəştli kredit təklif edirdisə, indi artıq İpoteka Fondu yalnız ipoteka və güzəştli kreditlər təklif etməyəcək. Eyni zamanda, yaşayış sahələri alaraq onun kirayə verilməsini də təmin edəcək. Bu Rusiya və digər MDB ölkələrində olduğu kimi kirayə mənzil fondunun formalaşması deməkdir. Bu da İpoteka və Zəmanət Fonduna imkan verəcək ki, mənzilləri və yaşayış binalarını satın alaraq Kirayə Fondu formalaşdıra bilsin. Rusiya təcrübəsinə diqqət yetirsək, bunun da özəlliyi ondan ibarətdir ki, bu zaman vətəndaş daha ucuz qiymətə Kirayə Fondunda olan mənzildən istifadə edə bilir. Rusiya və MDB ölkələrində bu prosesdə 40 faizə qədər güzəşt tətbiq edilir. Eyni ərazidə mənzilin aylıq kirayə haqqı 400 manatdırsa, o zaman vətəndaş Sosial Kirayə Fondundan istifadə edən zaman təxminən 240 manat ödəməklə kirayədə qala bilir. Bu da az vəsait ödəməklə kirayə qalmaqla ev almaq imkanı yaradır”.
Onun sözlərinə görə, İpoteka Fondunun yeni nizamnaməsində xüsusən də 2018- ci ildə sahibkarlara manatla verilən kreditlərə subsidiyanın verilməsi mexanizmi öz əksini tapıb: “İpoteka Fondu 2018- ci ildə kommersiya banklarından alınan kredit faizlərinin subsidiya edilməsi ilə bağlı məsələni hesablamalıdır. Buna uyğun olaraq da gəlir mənbələri formalaşmalıdır. Bunun mahiyyəti ondan ibarətdir ki, İpoteka və Zəmanət Fondu sahibkarların aldıqları kreditlərin faizlərini subsidiya edəcək. Bu zaman sahibkar bankdan 18 faizlə kredit alır. Və onun 8 faizini İpoteka və Zəmanət Fondu tərəfindən subsidiya edilə bilər. Nəticədə sahibkarın cəlb etdiyi kredit 18 faizdirsə bunun da 18 faizi dövlət tərəfindən ödənildiyinə görə sahibkar 10 faiz ödəməklə həmin kreditə sahib olmuş olacaq. Bu da imkan verəcək ki, sahibkarlar daha ucuz faizlə kredit əldə etməklə öz fəaliyyətlərini genişləndirsin.
Bundan əlavə, yeni qaydalara əsasən İpoteka və Zəmanət Fondu vergilərdən azad ediləcək. Bu da İpoteka Fondunun gəlirlərinin artırılması baxımından vacibdir. İpoteka Fondu hesalanmış vergini ödəməməklə həmin vəsaiti öz sərəncamında saxlaya biləcək. Nəticədə bu İpoteka Fondu tərəfindən daha çox kredit təklif etmək, eyni zamanda kredit faizlərindən daha çox subsidiya vermək imkanı deməkdir. Bu da İpoteka Fondunun maliyyə imkanının genişləndirilməsinə xidmət edəcək.
İpotek Fondu bu kontekstdə təklif etdiyi kreditlərin həcmində, eyni zamanda kreditləşmə üçün subsidiya mexanizminin genişləndirilməsinə müsbət tədir göstərəcək Nəticədə, qaydalara əsasən İpoteka Fondunun xidmətlərinin elektron hökumət portalına inteqrasiyası prosesi davam etdiriləcək. Bu da kredit və subsidiya mexanizmindən istifadə etmək üçün müraciət zamanı şəffaflığın təmin edilməsi baxımından vacibdir”.
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 20 d. əvvəl
- 40 d. əvvəl
-
51 d. əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!

















.jpg)





