İlkin qiymətindən 50% aşağı qiymətlə hərraca çıxarılır
7 may 2018-ci il tarixində Bakı, Bakıxanov qəs., B.Bünyadov küç., 12 də yerləşən “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi”nin satışı üzrə açıq formada hərrac keçiriləcək.
“Marja” xəbər verir ki, əmlak kompleksi hərraca ilkin qiymətindən 50% aşağı olmaqla 18 milyon 872 min manata çıxarılacaqdır. İlk hərracda kompleks 37 milyon 744 min manata həraca çıxarılmış və təklif verən olmamışdı.
Yuxarıda adı çəkilən əmlak kompleksinin tərkib hissəsi kimi torpaq sahələrinin dəyəri - 5268301 manat, binalar, tikililər və tamamlanmamış tikilinin dəyəri 9475413 manat, nəqliyyat vasitələri, texnika və avadanlıqlar, digər aktivlər isə 4128285 manatdır.
Beh, satış qiymətinin 10%-i miqdarında sifarişçinin depozit hesabına isə 01/02 D nömrəli lot üzrə köçürülür.
Fiziki şəxslər şəxsiyyət vəsiqəsini, hüquqi şəxslər təsis sənədlərini, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə xarici hüquqi şəxslərin əmlaka daxil olan torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Hərracı udmuş şəxs alış qiymətini 10 iş günü müddətində sifarişçinin depozit hesabına ödəməlidir.
Qeyri-yaşayış sahəsi üzrə hərrac 7 may 2018-ci il saat 11.00-dan 17.00- dək Bakı şəhəri, İ.Hidayətzadə küçəsi 156 (20A) 1933- cü məhəllədə keçiriləcəkdir. Tel: 566-70-25, 566-79-67. Hərrac haqqında elanlara www.birjanews.az saytında baxmaq olar. Hərracın keçirilmə qaydası ilə www.aqrarkredit-emlak.az saytından tanış olmaq mümkündür
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
7 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
7 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























