"Mümkünsüzlüyə meydan oxu"
Bu yaxınlarda Toyota şirkəti həm Olimpiya və Paralimpiya ruhuna, həm də Toyata-nın qlobal vizyon və düşüncə tərzinə yaxın olan Şövqləndirmə, Cəsarət və Tərəqqi kimi dəyərləri əks etdirən bu şüar altında beynəlxalq kampaniyaya start vermişdir.
Toyota Beynəlxalq Olimpiya və Paralimpiya komitələri ilə qlobal tərəfdaş olduqdan sonra dünya üzrə bir sıra olduqca maraqlı layihələr həyata keçirməyə başlamışdır.
Toyota-nın “Hamı üçün daha yaxşı hərəkət imkanı” fəlsəfəsinin məqsədi insanların dünyada hərəkət etmək tərzini dəyişməkdən ibarətdir. Bu prinsipə əsaslanaraq, şirkət — meqapolislər üçün ictimai nəqliyyat sisteminin optimallaşdırılmasından tutmuş fiziki məhdudiyyətli şəxslər üçün fərdi həllərin tapılmasına qədər — insan potensialını məhdudlaşdıran əngəlləri aradan qaldırmaq məqsədilə müxtəlif həllər təmin edir.
Toyota inanır ki, “hərəkət imkanı” təkcə maşınlara aid deyil və hərəkət etmək hər bir insanın haqqıdır. Beləliklə, bu kampaniya, habelə Olimpiya və Paralimpiya komitələri ilə əməkdaşlıq, şirkətin insanların hərəkət etmək hüququ uğrunda apardığı fəaliyyəti əks etdirir. “Mümkünsüzlüyə meydan oxu” kampaniyası qeyri-adi insan gücü və iradəsinə həsr olunub və insanları daha cəsarətli olmağa çağırır.
“Mümkünsüzlüyə meydan oxu” Toyota əməkdaşları, tərəfdaşları və müştərilərini ilhamlandırmağa, onları şirkətin əsas dəyərləri ilə bağlamağa yönələn bir qlobal korporativ təşəbbüsdür”, — Toyota şirkətinin Satış və Marketinqə Dəstək şöbəsinin baş meneceri Noriaki Yamasita deyə bildirdi.
“Mümkünsüzlüyə meydan oxu” kampaniyası Olimpiya və Paralimpiya idmançılarının yaşadıqları hekayələrə, eləcə də iradə, təvazökarlıq, çalışqanlıq və heç vaxt təslim olmamaq kimi dəyərləri göstərən digər idmançıların həyat yoluna əsaslanır. Əzmkarlıq haqqında hekayələr və, həmçinin, Toyota-nın tətbiq etdiyi texnologiyalar şirkətin mümkünsüzlüyə meydan oxuyan hər kəsin daha qərəzsiz və davamlı cəmiyyətdə yaşaya bilməsi üçün dəstək verməsindən xəbər verir. Qlobal kampaniya iki kreativ hissədən ibarətdir: insan ruhunu tərənnüm edən “ilhamlanma” və Toyota-nın insanların hərəkət etməsinə kömək edən yenilikçi texnologiyaların istifadə edilməsindən irəli gələn “faktlar”.
Toyota bu yaxınlarda www.MobilityForAll.com adlı veb-saytı istifadəyə verib. ABŞ-nin Əlillər üçün Media üzrə Milli Mərkəzi ilə əməkdaşlıqda ərsəyə gətirilmiş bu sayt fiziki məhdudiyyətli istifadəçilər üçün nəzərdə tutulub və onlara saytın məzmunu ilə tanış olmaq imkanı yaradır. Görmə, eşitmə qabiliyyətindən məhrum və ya görmə, eşitmə qabiliyyəti zəif olan insanları, eləcə də hərəkət imkanları məhdud olan insanları nəzərə alan veb-saytın bütün funksiyaları elə yaradılıb ki, həmin istifadəçilər ondan tam rahat şəkildə faydalana və istifadə təcrübəsindən zövq ala bilsin.
Bu kampaniya ilə bağlı olan bir neçə emosional video ilə aşağıdakı veb-saytda tanış ola bilərsiniz: https://www.toyota.az/mobilityforall/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
9 d. əvvəl
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
- 10 d. əvvəl
-
28 d. əvvəl
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
-
1 saat əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
Unicapital “Yeni Nəsil Maliyyə” forumunun sponsoru olub
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Ən çox oxunanlar
Restoranda yanğın baş verib
Azərbaycan şirkəti müflis elan olunacaq
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda








.jpg)







.jpg)
