Sahibkar: “Pulum vergidə qalıb, mən banka pul ödəyirəm"
"Bu gün vergiyə 1,6 mln. manat artıq ödəməm var. İki ildən artıqdır ki, pulum vergidə qalıb".
Bunu Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən "ElPlastik Ltd." şirkətinin prezidenti Gülağa Abışov deyib.
Sahibkarın sözlərinə görə, bu, ona ziyan verir: "Əvvəl 1,6 mln. manat 1 mln. dollar idi, indi isə bu. daha azdır. Mənim pulum vergidə qalıb, mən banka pul ödəyirəm".
Vergilər naziri Fazil Məmmədov isə deyib ki, artıq ödənilən vergilər 20 günə qaytarılıb: "Mən bilmirəm sizin artıq ödəməniz 2 il necə qalıb. Amma bu qaytarılma 45 gündən 20 günə endirilib. Bu gün müavinim İlkin Vəliyev sizi qəbul edəcək. Mən özüm də işdə olacam. Lazım olsa, mən də sizinlə görüşərəm".
Nazir deyib ki, gələcəkdə artıq ödəmələr olmayacaq: "Prezidentin göstərişi ilə gələcəkdə artıq ödəmələr ləğv ediləcək".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
17 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 17 saat əvvəl
-
18 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















