Pambıqçılıq üçün 3 mindən çox texnika alınacaq
“Son iki il ərzində kənd təsərrüfatı texnikasına 300 milyon manatdan çox vəsait ayrılıb. Onun da böyük hissəsi pambıqçılıq texnikasıdır”.
Bunu Prezident İlham Əliyev Bərdədəki Mədəniyyət Mərkəzində keçirilmiş pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
“Fermerlər yaxşı bilirlər ki, biz pambıqçılıqda dünyanın bir nömrəli texnikasını alırıq. Əvvəlki dövrdə təkcə 370 pambıqyığan kombayn alınıb və bu il əlavə 100 pambıqyığan kombayn alınacaq. Lazım olarsa, biz gələcəkdə də texnikanın alınması ilə məşğul olacağıq. Ancaq məlumat üçün bildirmək istəyirəm ki, keçən il, ümumiyyətlə, 10 minə yaxın texnika alınmışdısa, bunun 5700-ü pambıqçılıq üçün alınıb. Bu il pambıqçılıq üçün yenə də 3 mindən çox texnika alınacaq. Ümumiyyətlə texnikanın alınması üçün bu il dövlət büdcəmizdə 160 mln. manat vəsait nəzərdə tutulub, bunun 118 mln. manatı pambıqçılıq texnikasına xərclənəcək. Yəni, bu rəqəmlər özlüyündə göstərir ki, biz pambıqçılığa nə qədər böyük diqqət göstəririk. Digər kənd təsərrüfatı sahələrinə də diqqət göstərilir, o sahələrin səmərəliliyini artırmaq üçün texnika alınır və alınacaq. Ona görə biz, necə deyərlər, hələ təzə başlamışıq və elə etməliyik ki, texnika ilə bağlı növbəti illərdə bir dənə də problem olmasın”, - Prezident bildirib.
Dövlət başçısı toxum təchizatı barədə də danışıb: “Toxumlar haqqında burada təkliflər səsləndi. Bu, çox ciddi məsələdir, fermerlər bunu yaxşı bilirlər. Toxumlardan, onların keyfiyyətindən çox şey asılıdır. Fermerlərə daha keyfiyyətli toxumlar verilməlidir və bu sahəni stimullaşdırmaq lazımdır. Eyni zamanda, razıyam ki, yerli toxum növləri də yetişdirilməlidir və biz bu məsələ ilə məşğul olacağıq. Keçən il pestisidlərin keyfiyyəti bəzi hallarda lazımi səviyyədə deyildi və məhsuldarlığa da bunun çox mənfi təsiri olub. Ona görə bu il bu sahəyə çox ciddi nəzarət olunmalıdır və ancaq yüksəkkeyfiyyətli pestisidlər gətirilməlidir. Nəzərə alsaq ki, artıq Azərbaycan özü bu sahədə yerli istehsala start verib, əminəm ki, bu sahədə bundan sonra problem olmayacaq”.
Bundan başqa, İ.Əliyev söyləyib ki, ötən il Azərbaycanda 100 min hektar torpağın yeni su təminatını təşkil edilib: "Bu il isə ən azı 100 min hektar suvarılmayan torpaqlara su verilməlidir və bunun böyük hissəsi pambıqçılığa aiddir. Bu sahədə həm artezian, subartezian quyularının qazılması, kanalların çəkilişi, meliorativ tədbirlərin yaxşılaşdırılması istiqamətində işlər görülür. Bu il kanalların tikintisi ilə bağlı mənim tərəfimdən bir neçə sərəncam imzalanıb. Əlbəttə ki, biz gələcəkdə bu işləri davam etdirəcəyik və pambıq yalnız yararlı, yaxşı suvarılan torpaqlarda əkilməlidir.
Keçən il Neftçala Sənaye Məhəlləsində pivot suvarma sistemləri zavodunun açılışı olmuşdur. Mən giriş sözümdə qeyd etdim, pambıqçılığın sənaye sahəsinin inkişafına da çox böyük təsiri var. Biz bunu görürük. Əgər biz kənd təsərrüfatı ilə ciddi məşğul olmasaydıq, bu pivot sistemləri zavodu da Azərbaycanda qurulmazdı. Pivot hazırda suvarma sahəsində ən qabaqcıl texnologiyadan biridir, amma təkcə bu deyil. Ona görə bu sistemin Azərbaycanda istehsalı, əlbəttə, çox müsbət haldır və həm özəl şirkətlər, həm dövlət pivot sistemləri alıb quraşdırmalıdır. Ancaq biz suvarma ilə bağlı digər üsullardan da istifadə etməliyik, o cümlədən damcılı suvarma sistemləri də geniş tətbiq edilməlidir”.
“Biz, eyni zamanda, pestisidlər zavodunun açılışını qeyd etdik. Bu, Sumqayıt Kimya Sənaye Parkında açılmış bir zavoddur. Elə etməliyik və əminəm ki, bu zavodun istehsal gücü daxili tələbatı tam ödəyəcək, hətta ixrac potensialı yaranacaq. Əlbəttə ki, keyfiyyətə də ciddi nəzarət olunacaq. Elə etməliyik ki, dövlət öz dəstəyini göstərərək pestisidləri alıb fermerlərə təqdim etsin. Pivot sistemlərini tətbiq edərkən biz məhsuldarlığı qısa müddət ərzində ciddi şəkildə artıra bilərik. Yəni, indi təhlil və qabaqcıl beynəlxalq təcrübə göstərir ki, pivot altında olan pambıq sahələrində hektardan 35-40 sentner pambıq götürmək olar, rahat götürmək olar, daha da çox. Yəni, mən aşağı həddi deyirəm. Ona görə, əgər biz Azərbaycanda pivot sistemlərini geniş tətbiq etsək, - biz bunu edəcəyik, - əlbəttə ki, bu, özlüyündə məhsuldarlığa çox ciddi müsbət təsir göstərəcək”, - dövlət başçısı əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
12 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 21 d. əvvəl
-
23 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 27 d. əvvəl
-
30 d. əvvəl
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
- 33 d. əvvəl
- 38 d. əvvəl
-
44 d. əvvəl
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
-
53 d. əvvəl
Azərbaycan daha çox qaz ixrac edib, amma 489 milyon dollar az qazanıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Ən çox oxunanlar
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
SpaceX Amazon-dan sonra Microsoft-u da geridə qoydu
SpaceX süni intellekt şirkəti Anysphere-i satın alır - 60 MİLYARD DOLLARLIQ QİYMƏTLƏNDİRMƏ


























