Gömrük 20-dən artıq şirkəti rüsvay etdi - SİYAHI
Dövlət Gömrük Komitəsi vergi və rüsumları ödəməyən şirkətlərin adlarını açıqladı
"Gömrük işinin təşkili sahəsində yaradılan münbit şəraitə baxmayaraq hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini saxta invoys təqdim edərək real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır".
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Komitənin məlumatına görə, dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyini pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.
Son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.
| Xarici iqtisadi fəaliyyət iştirakçısının adı | Saxta invoysda göstərilən qiymət | Real qiymət | Fərq |
1 | "Define" MMC | 27139,49 ABŞ dollar | 38770,70 ABŞ dolları | 11631,2 ABŞ dolları |
|
2 | "Define" MMC | 42040,54 ABŞ dolları | 60024,2 ABŞ dolları | 17983,66 ABŞ dolları |
|
3 | "Yumaks" MMC | 29463,86 Avro | 87000 Avro | 57536,14 Avro |
|
4 | "Həsənoğlu LTD" MMC | 18774,22 ABŞ dolları | 54090,42 ABŞ dolları | 35316,2 ABŞ dolları |
|
5 | "Desplazado" MMC | 49155 ABŞ dolları | 149249,89 ABŞ doları | 100094,89 ABŞ dolları |
|
6 | "EPMSS Group" MMC | 34476,3 ABŞ dolları | 119976,56 ABŞ dolları | 85500,26 ABŞ dolları |
|
7 | "Star-SM" MMC | 15709 ABŞ dolları | 95552,8 ABŞ dolları | 79843,8 ABŞ dolları |
|
8 | Cəbiyev Səxavət Balaxan oğlu | 38280 ABŞ dolları | 69135 ABŞ dolları | 30855 ABŞ dolları |
|
9 | "Aysberg BZ" LTD | 64083 ABŞ dolları | 134616 ABŞ dolları | 70533 ABŞ dolları |
|
10 | "Ximekspress-2000" MMC | 12674 ABŞ dolları | 28287,28 ABŞ dolları | 15613,23 ABŞ dolları |
|
11 | "Ximekspress-2000" MMC | 10498,4 ABŞ dolları | 23695,7 ABŞ doları | 13197,3 ABŞ doları |
|
12 | "Ximekspress-2000" MMC | 7869,7 ABŞ dolları | 10371 ABŞ dolları | 2501,3 ABŞ dolları |
|
13 | "Aqrosel" MMC | 4556 ABŞ dolları | 34380 ABŞ dolları | 29824 ABŞ dolları |
|
14 | Zeynalov Həmzəağa | 50634,16 Avro | 153756,24 Avro | 103122,08 Avro |
|
15 | "Neo Conseption" MMC | 17372,75 Avro | 34374,9 Avro | 17002,15 Avro |
|
16 | "Biznes 2017" MMC | 17492 Avro | 24400 Avro | 6908 Avro |
|
17 | "Səma İstehsalat Kommersiya" | 17004,5 ABŞ dolları | 28479,36 ABŞ dolları | 11474,86 ABŞ dolları |
|
18 | "Legenda İB" | 15615,97 ABŞ dolları | 37865,26 ABŞ dolları | 22249,29 ABŞ dolları |
|
19 | "Vertikal Line" MMC | 8328 ABŞ dolları | 30350 ABŞ dolları | 22022 ABŞ dolları |
|
Cədvəldən də göründüyü kimi ümumilikdə 548639,99 ABŞ dolları və 184568,37Avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.
3 ŞƏXS SAXTA İNVOYSLARA GÖRƏ CAVAB VERMƏLİ OLACAQ
Bundan başqa Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq ünvanlarına daxil olan yükə aid saxta invoyslar təqdim edərək malların qiymətini azaltmağa çalışdıqları üçün 3 hüquqi və 1 fiziki şəxs barəsində toplanan materiallar Cinayət Məcəlləsinin 206.1 maddəsinə əsasən DGK-nın İstintaq idarəsinə göndərilib. Belə ki, idxal etdikləri malın qiymətini "FAVORİT SERVİS" MMC 29089,30 ABŞ dolları, "SƏMA PLASTİK" MMC 15574,72 ABŞ dolları, "ULTRA PROQRESS" MMC 9450 ABŞ dolları və ŞÜKÜROV ŞAHİN RAFİQ OĞLU 9261 ABŞ dolları məbləğində azaldıblar.
Saxta invoyslar təqdim edərək Gömrük ödənişlərindən yayınmağa yol verdiklərinə görə 3 şirkət barəsində isə toplanan materiallar İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Qaradağ rayon Məhkəməsinə göndərilib.
Belə ki, "Platinium-17" MMC tərəfindən saxta invoysda malın qiyməti 10000 ABŞ dolları məbləğində azaldılıb və 6077,22 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb, "Zoom" MMC tərəfindən saxta invoysda malın qiyməti 12000 ABŞ dolları məbləğində azaldılıb, 3724 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb, "Zoom" MMC tərəfindən daha bir idxal əməliyyatında malın qiyməti 15764,81 ABŞ dolları məbləğində azaldılaraq 4049,51 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb və "ABA Trading" MMC tərəfindən saxta invoysda malın qiyməti 4200 Avro məbləğində azaldılıb və nəticədə 6001,25 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb.
Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir və dövlət büdcəsinə ödənikləcək vəsaitləri gizlətməyə çalışanlara qarşı qətiyyətli mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
8 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
9 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
9 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
9 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar















.jpg)





.jpg)

