Palata çirkli pulların yuyulması ilə bağlı “Compliance” seminarı keçirib
Azərbaycan Respublikasının Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”də nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində icra olunan tədbirlər çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və “Deloitte” şirkəti tərəfindən çirkli pulların yuyulmasına həsr edilmiş “Compliance” seminarı keçirilib.
Palatadan "Marja"ya daxil olmuş məlumata görə, 15 bank və Palatanın əməkdaşlarının iştirak etdikləri tədbirdə Lüksemburqun “Deloitte” nümayəndəliyindən dəvət olunmuş təlimçi ekspert Bastien Kolet təqdimat ilə çıxış edib.
Seminar çərçivəsində banklarda daxili nəzarət sistemi, çirkli pulların yuyulması (komplayns), maliyyə institutlarının nəzarətini həyata keçirən dövlət orqanlarının nəzarət mexanizmləri, tətbiq olunmuş cərimələr, maliyyə institutlarının maliyyə monitorinq və nəzarət orqanları ilə əməkdaşlığının beynəlxalq təcrübəsi və yeniliklər barədə ətraflı məlumatlar təqdim edilib, həmçinin sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
32 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























