Pendirimi kim götürüb?
www.readit.az saytı sizə yeni kitablar və məqalələr təqdim etməyə davam edir. Bu dəfəki məqaləmiz saytda azərbaycan dilində qısa məzmunu yerləşdirilmiş “Pendirimi kim götürüb” kitabı haqqındadır.
Kitabın müəllifi Dr. Spenser Consondur. Dr. Spenser Conson Candle Communications Corporation Direktorlar Şurasının sədri, yazıçı, naşir, müəllim və kommunikasiya məsləhətçisidir. O, həmçinin Kennet Blançardla “Bir Dəqiqəlik Menecer” kitabının həmmüəlifidir. Müəllifi olduğu kitablar üç milyarddan çox satılıb və 40-dan çox dilə tərcümə edilib.
Hekayə üslubunda yazılmış bu kitabda dəyişikliklərin əhəmiyyətindən bəhs olunur.
Əsərdə haqqında danışılan pendir yaxşı bir iş, keyfiyyətli münasibətlər, pul və ya mənəvi rahatlıq olmasından asılı olmayaraq, istədiyiniz hər hansı bir şeyi ifadə edən metaforadır. Pendir bizə xoşbəxtlik gətirən düşüncələrimizdir. Ancaq onları reallaşdırmaq üçün şərait olmadıqda, insanlar dəyişiklik anlayışından istifadə edərək müvafiq şəraiti yaradırlar.
Ancaq dəyişiklik hamımızı qorxudur, stressə səbəb olur; biz ümumiyyətlə, dəyişməyi xoşlamırıq. Həyatımızda nəsə dəyişəndə onun üzərindəki hakimiyyətimizi itirdiyimizi düşünürük; ancaq bu doğru deyil. Bizi qorxudan digər bir yalnış isə dəyişikliyin pis olması ilə bağlı fikirlərdir. Ümumilikdə götürdükdə, fərdi və institusional dəyişikliklər aşağıdakı kimi həyata keçirilir: daxil olduğunuz vəziyyətin çox pis olduğunu, bundan daha pis ola bilməyəcəyini və ya bir şirkət kimi daha pis nəticələr əldə edə bilməyəcəyinizi anladıqda dəyişiklik üçün lazım olan şərait formalaşır.
Bu kitabda təsvir olunan dörd əsas obraz vasitəsilə dəyişikliklərin sizin üçün necə faydalı olacağını və sizi necə uğura aparacağını öyrənəcəksiniz. Bu dörd obraz labirintdə yaşayır, qidalanmaq və xoşbəxt olmaq üçün pendir axtarırlar. Labirint istədiklərimizi əldə etmək üçün vaxt sərf etdiyimiz yeri ifadə edir. Bu işlədiyiniz yer, həyatınızdakı münasibətlər və yaşadığınız cəmiyyət ola bilər.
Biz özümüzü bəzən dəyişikliyin qoxusunu tez alan Qoxlayan, bəzən qısa müddətdə hərəkətə keçib uyğunlaşmağı bacaran Qaçan, bəzən başına pis şeylərin gəlməsindən qorxduğu üçün dəyişikliyə qarşı müqavimət göstərən Nəm, bəzən də vaxt keçdikcə dəyişikliyin daha yaxşı nəticələr verdiyini görüb ona uyğunlaşan Nüm kimi aparırıq. Hansı obrazı seçməyimizdən asılı olmayaraq, hamımız həyat labirintində yolumuzu tapmaq və dövr dəyişdikcə uğur qazanmağa davam etmək ehtiyacını bölüşürük.
Bəzən gördüyümüz işlərdə mükəmməl olsaq belə, həmin işdəki fürsətlərin, mənfəətin və ehtimalların azaldığını nəzərdən qaçırırıq. Sadəcə hər hansı bir məsələ ilə bağlı peşəkarlığımız bizim üstünlüyümüz deyil, əksinə əksikliyimizdir. Buna görə də, ətrafımızda nələrin baş verdiyini, dünyadakı vəziyyətin hansı istiqamətdə irəlilədiyini anlamaq üçün gözlərimiz və qulaqlarımız daim açıq olmalıdır.
Hər hansı bir iş sahəsindən və ya vəzifədən bərk-bərk yapışmaq yaxşı bir hal kimi görünsə də, əslində elə deyil. Yenilikdən nə qədər qorxsaq belə, həmişə onlara açıq olmalıyıq. Çünki fürsətlər çevik davranıb, ona tezliklə uyğunlaşa bilənlər üçün faydalıdır.
Dəyişikliyin ən güclü elementi insanın öz daxilindədir və insanın özü dəyişənə qədər heç bir şeyin qaydasına düşməsi mümkün deyil.
Unutmayın! “Siz görsəniz də, görməsəniz də bayırda Yeni Pendir həmişə var”.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
34 d. əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
-
39 d. əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
1 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 15 saat əvvəl
-
16 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
-
16 saat əvvəl
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Ən çox oxunanlar
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
























