Obyektlərin elektrik enerjisi ilə təchizatı proseduru sadələşdirilib
Prezident İlham Əliyevin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanına uyğun olaraq, bundan sonra sahibkarlar Mingəçevir, Sabirabad, Bərdə, Qəbələ, Masallı rayonlarında da “ASAN” xidmət mərkəzlərində mövcud və ya inşa ediləcək tikinti obyektlərinə 150 kilovata qədər, mövcud 0,4 kV-luq şəbəkədən elektrik enerjisi çəkdirə biləcəklər.
Qeyd edək ki, indiyə qədər sahibkarların elektrik şəbəkəsinə qoşulması Bakı, Sumqayıt, Gəncə və Quba rayonlarındakı “ASAN” kommunal mərkəzləri tərəfindən həyata keçirilirdi.
Bu mövzuda jurnalistlərə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Araşdırmalar və İnkişaf departamentinin rəhbəri Ramil Hüseyn, “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN” xidmətlə iş idarəsinin rəisi Elsevər Rüstəmli ətraflı məlumat verib.
Bildirilib ki, 150 kilovata qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kilovoltluq elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlər, indi yerləşdiyi rayondan asılı olmayaraq, “Azərişıq” ASC tərəfindən “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzləri vasitəsi ilə maksimum 24 gün müddətində veriləcək.
Nəzərə almaq lazımdır ki, dünyanın inkişaf etmiş bir çox ölkələrində biznes fəaliyyəti üçün elektrikə qoşulma aylarla vaxt aparsa da Azərbaycanda sahibkarın elektrikə qoşulması prosesi 69 gündən 24 günə endirilib. Bu sahədə daha bir yenilik isə vahid pəncərə sistemi üzrə prosedurların 7-dən 3-ə endirilməsidir. Sahibkarların bu islahat prosesindən əldə etdiyi daha bir üstünlük əməliyyatların elektronlaşdırılması və məmur-vətəndaş kontaktının minimuma endirilməsidır.
“Azərişıq” ASC-nin “ASAN” xidmət və “ASAN” kommunal vasitəsi ilə əhali abonentlərinin evinin, bağının və ya həyətyanı sahələrinin elektrik enerjisi ilə təmin edilməsi prosesi bir ay öncə, bütün bölgələrdəki “ASAN” xidmət mərkəzlərini əhatə edib və hazırda qeyri-əhali abonentlərinin də elektrik şəbəkəsinə qoşulmasının ölkə üzrə təmin edilməsi aparılan iqtisadi islahatların bariz nümunəsidir.
Xatırladaq ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə yer alan tədbirlərdən biri (Tədbir 1.5.5) kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin müvafiq kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi ilə bağlıdır. Bu tədbirə əsasən KOS subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması prosedurlarının sadələşdirilməsi, o cümlədən texniki şərtlərin verilməsi qaydalarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək və bu prosesin tam elektronlaşdırılması üçün tədbirlər sürətləndiriləcək. Prezidentin bu Fərmanı Strateji Yol Xəritəsində qarşıya qoyulan tədbirlərin reallaşması baxımından mühüm əhəmiyyətə malikdir.
Sahibkarların öz fəaliyyətlərini daha səmərəli təşkili istiqamətində elektrik şəbəkələrinə daha asan qoşulması beynəlxalq indekslərin metodologiyalarında da öz əksini tapmışdır. Xüsusilə, beynəlxalq ictimaiyyətin istinad nöqtəsi sayılan “Doing Business” hesabatında sözügedən sahə indikator kimi qiymətləndirilir. “Elektrikə əlçatanlılıq” indikatoru kimi tanınan sahə üzrə Azərbaycan mövqeyi ötən dövrlə müqayisədə irəliləyib. Prezident İlham Əliyevin apardığı davamlı iqtisadi islahatlar nəticəsində sahibkar dövlət münasibətlərində prosedurların azaldılması və asanlaşdırılması qarşıdakı hesabatlarda da öz əksini tapacaqdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 8 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq























