Vergilər naziri iclas keçirib
Vergilər Nazirliyində nazirliyin rəhbər vəzifəli şəxslərinin və yerli vergi orqanlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
Nazirlikdən verilən məlumata görə, iclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi orqanlarının fəaliyyətində yeni yanaşmalar və vergi xidmətinin qarşısında duran vəzifələrin icrası, vergi əməkdaşlarının fəaliyyətinə yeni tələblər, vergi orqanlarına etimadın yüksəldilməsi və digər məsələlərlə bağlı çıxış edib.
Qeyd olunub ki, müasir dövrdə vergi siyasəti yalnız fiskal funksiyaları yerinə yetirmir, o həm də iqtisadi inkişafın bir alətidir. Bu baxımdan vergi orqanlarının fəaliyyəti sahibkarlığın inkişafına dəstək verməlidir. Bu xüsusda vergi orqanlarının əməkdaşlarına olan tələblər daha da artır. Vergi sisteminin ən əsas dəyərinin zəngin maddi-texniki baza, müasir İT texnologiyalarına əsaslanan iş üsullarına malik olması deyil, bu sistemdə çalışan insanlar olduğunu ön plana çəkən nazir vergi xidmətində peşəkar və ləyaqətli kadrlara üstünlük veriləcəyini, insan resurslarının inkişaf etdirilməsi üçün addımlar atılacağını, vergi əməkdaşlarının yüksək səviyyəli xidmət göstərməsi üçün onlara normal iş rejiminin təmin ediləcəyini vurğulayıb.
Vergi əməkdaşlarından yüksək peşəkarlığın, işgüzar etikanın, vergi ödəyicisinə yanaşmada öz məsuliyyətini dərk etmələrinin tələb olunduğunu qeyd edən vergilər naziri bütövlükdə vergi sisteminə qarşı hörmət və inamın artırılması üçün çox çalışmaq lazım gəldiyini, güclü dövlətin vətəndaşı və qulluqçusu olmağın digər üstünlüklər əldə etməkdən daha vacib və şərəfli olduğunu bildirib.
Vergi ödəyiciləri ilə münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanmalı olduğunun vacibliyini diqqətə çatdıran nazir bir daha vurğulayıb ki, ilk növbədə vergi uçotunun dəqiq aparılmasını, auditin real funksiyasınn bərpa olunmasını, vergilərin yığılmasından vergilərin ödənilməsinə keçidin təmin edilməsini, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin və spektrinin müasir tələblərə uyğun olaraq genişləndirilməsini təmin etmək lazımdır.
M.Cabbarov qeyd olunan məsələlərlə bağlı yerlərdə görüşlər keçirilməsi və onların mahiyyətinin vergi ödəyicilərinə çatdırılması barədə tapşırıq verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
3 d. əvvəl
PAŞA Bank-ın rəhbər heyəti Londonda keçirilən Strateji Liderlik Sammitində iştirak edib
-
9 d. əvvəl
Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb
-
18 d. əvvəl
Kevin Uorşın sədrliyi ilə ilk FED iclası - O, ÇƏTİN QƏRAR QARŞISINDADIR
- 31 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 18-də gözlənilən hava şəraiti
Qeyri-neft ixracına pambıq dəstəyi
Ən çox oxunanlar
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
Azərbaycanın sement ixracında geriləmə - 20,4% azalıb
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin























