Maliyyə Bazarlarına Nəzarət Palatasında Xocalı faciəsi anılıb
Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) tarixin ən ağır faciəsi və etnik təmizləmə aktlarından biri olan Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbirin əvvəlində Xocalı soyqırımı zamanı xüsusi amansızlıqla qətlə yetirilmiş həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Palatanın Baş İcraçı direktoru İbrahim Alışov işçi heyətinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin törətdikləri amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, insanlığa qarşı yönəlmiş faciənin qanlı statistikası barədə ətraflı məlumat verib.
İ. Alışov bildirib ki, yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə Xocalı əhalisinin amansızcasına divan tutulması, insanların ağır işgəncələrə məruz qalması, ailələrin qismən və ya tamamilə məhv edilməsi dünya ictimaiyyəti tərəfindən əsrin ən ağır soyqırımı kimi tanınmalıdır.
Qeyd olunub ki, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı törədilmiş terror aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımları atılır. Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə başladığı məqsədyönlü fəaliyyətin layiqli davamçısı, prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində dünyanın bir sıra ölkələri Xocalı soyqırımını rəsmən tanıyıblar.
Baş icraçı direktor bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Xocalı hadisəsinin dünyada tanıdılması istiqamətində, eləcə də Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin beynəlxalq birliyə çatdırılması üçün hazırlanmış və yayılmış çap və elektron nəşrlər, təbliğat-təşviqat xarakterli təqdimatlar və digər müxtəlif səviyyəli tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət!” kampaniyasının 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla həyata keçirildiyi haqda da tədbir iştirakçılarına məlumat verilib.
Tədbirin sonunda Palatanın sifarişi əsasında hazırlanmış “Xocalı 26” sənədli filmi tədbir iştirakçılarına nümayiş etdirilib, daha sonra Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
8 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
8 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
13 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 18 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
























