“Nar” yüksəksürətli 3G və 4G şəbəkəsini genişləndirməyə davam edir
“Nar” abunəçilərin rahat və kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir.
Abunəçilərin artmaqda olan internetdən istifadə tələblərinin qarşılanması üçün ölkə ərazisində 2272 sayda 3G və 614 ədəd 4G (LTE) baza stansiyası quraşdırılmışdır. Beləliklə, “Nar” 5916 ədəd baza stansiyası ilə öz istifadəçilərinə ölkədəki ən böyük mobil rabitə şəbəkələrindən birini təqdim edir.
Bundan əlavə, “Nar” operatorunun gücləndirilmiş və genişləndirilmiş 4G (LTE) şəbəkəsinin istifadəçilərinin sayı dinamik şəkildə artmaqda davam edir. Hazırda “Nar” LTE şəbəkəsindən faydalanmış istifadəçilərin ümumi sayı 120 000-dən çoxdur.
“Nar” öz genişləndirilmiş şəbəkəsi ilə hər bir abunəçinin tələblərinə uyğun olan müxtəlif tariflər və internet paketləri təklif edir. Abunəçilər sərfəli qiymətlərlə daha çox çeşidli mobil rabitə və internet xidmətlərindən istifadə edə bilirlər. Mobil operator tamamilə yeni “3-ü 1-də aylıq” tarifini bir müddət öncə təqdim etmişdir. Bu tarifə qoşulan istifadəçilər elə həmin andan etibarən ölkədaxili bütün istiqamətlərə 300 dəqiqə, 300 SMS və 900 MB internet trafiki əldə edirlər.
“3-ü 1-də aylıq” tarifi və mobil operatorun internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
20 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 20 saat əvvəl
-
22 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək





















