"Danone" südündə antibiotik iddiası ortalığı qarışdırdı
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor), Fransanın "Danone" şirkətinin Rusiyanın Volqoqrad əyalətindəki zavodunda istehsal olunan südün içində antibiotik olduğunu müəyyən edib. "Danone" şirkəti, Volqoqrad Kommersiya Məhkəməsinə müraciət edərək Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə qarşı iddia qaldırıb.
"Marja" xəbər verir ki, Rusiyanın xəbər agentliyi "TASS"a danışan "Danone Rusiya" şirkətinin sədr müavini Marina Balabanova, "Yoxlamalar zamanı ciddi pozuntular olub" - deyib.
Digər tərəfdən, "Rosselxoznadzor" hələ də bu məsələyə dair açıqlama verməyib.
"Rosselxoznadzor", "Danone Rusiya"nın Volqoqraddakı süd zavodunda istehsal olunan südün içində antibiotik olduğunu müəyyən edib. "Rosselxoznadzor", "Danone"nin Avrasiya İqtisadi Əməkdaşlıq, o cümlədən digər ölkələrə ixracına sərt nəzarət edəcəyini qeyd edərək, məhsulların içində həminin antibiotikin təkrar tapılması halında ixracın məhdudlaşdıracağını bildirib.
"Danone" isə istehsal prosesində antibiotik istifadəsini təsdiq etməyib.
Qeyd edək ki, Azərbaycana da "Danone" məhsulları Rusiyadan idxal olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























