Palata “Dekabank” və “Atrabank”ın əmanətçilərinə kompensasiya ödənişlərini yoxlayıb
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:
-Dövlət büdcəsindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;
-Ləğv prosesində olan “Dekabank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda aparılmış auditin nəticələrinə dair;
-Ləğv Prosesində olan “Atrabank” ASC-nin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda aparılmış auditin nəticələrinə dair.
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.
İclasda, həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
9 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
- 9 saat əvvəl
-
10 saat əvvəl
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Ən çox oxunanlar
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"

















