Bu quşun biri 35-50 manata satılır
Ağstafa rayon sakini Vüqar İsayev şəxsi təsərrüfatında qırqovul bəsləməklə məşğuldur.
Təsərrüfat sahibi 3 il öncə gətirdiyi quşlardan indiyədək 600-ə yaxın qırqovul artırıb. Məqsədi quşçuluğun bu sahəsini qərb bölgəsində inkişaf etdirmək və gələcəkdə qırqovul ətinin ixracına nail olmaqdır.
Hazırda V.İsayev təsərrüfatı daxilində Rumıniya, Koreya, Fransa və digər ölkələrə məxsus 6-dan çox cinsin artırıldığını deyir.
Əsasən Fransadan gətirilən bu quşlar soyuğadavamlı olduğundan dağlıq və dağətəyi bölgədə onları yetişdirmək o qədər də çətinlik yaratmır. Xəstəliyə, soyuq və isti havaya dözümlü olan bu quşların əti çox dadlı olur. İl ərzində 3 ay müddətində yumurta qoyan bu quşlardan təbii və inkubator yolu ilə bala alınır. Qırqovulların bəslənməsi də çox rahatdır. Çəkisi 1.5 kiloqramadək olan qırqovullar ev quşları kimi dənli bitkilərlə və otla qidalanırlar. Lakin qiyməti ev quşlarından bir xeyli bahadır. Qqırqovulların biri 35-50 manata satılır.
Qırqovulun ən bahalı növü kral cinsidir. Ölkəmizdə qırqovulun əsasən qızılı, məxməri, Qafqaz növləri saxlanılır.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək





















