Tramp: Türkiyə və ABŞ əsgərlərinin toqquşmasından yayınmaq lazımdır
Dünən axşam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
"Zeytun Budağı" əməliyyatı müzakirə olunub
"Marja" xəbər verir ki, Türkiyə Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, iki lider, Suriyadakı son hadisələr və Türkiyənin Afrində terror təşkilatlarına qarşı başlatdığı "Zeytun Budağı" əməliyyatı ilə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda, ikitərəfli məsələlərə də toxunulub.
Prezident Ərdoğan, Türkiyənin "Zeytun Budağı" əməliyyatını beynəlxalq hüquq əsasında, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququ ilə, BMT Təhlükəsizlik Şurasının terrorizmlə mübarizəyə dair qərarları əsasında həyata keçirdiyini vurğulayıb.
Ərdoğan: Əməliyyat Türkiyənin milli təhlükəsizliyi üçün aparılır
Ərdoğan, Türkiyənin öz milli təhlükəsizliyi üçün Afrini terror elementlərindən təmizləməyi qarşısına məqsəd qoyduğunu qeyd edib. Danışıq zamanı, terrorla mübarizədə ikitərəfli əməkdaşlığın əhəmiyyəti üzərində dayanılıb.
Prezident Ərdoğan, "Əməliyyat özünümüdafiə daxilindədir. "Zeytun Budağı" milli təhlükəsizliyimiz üçün mühümdür. Terrorizmlə mübarizədə əməkdaşlıq da mühümdür" deyib.
"Silah dəstəyinə son verilməlidir"
Prezident Ərdoğan, terrorla mübarizə çərçivəsində PYD/YPG-yə ABŞ-ın silah dəstəyini dayandırması lazım olduğunu yenidən dilə gətirib.
Danışıq zamanı Ərdoğan və Tramp, istər Suriya məsələsi, istərsə də ikitərəfli məsələlərdə Türkiyə-ABŞ arasındakı əməkdaşlığı və yaxın təması davam etdirmək məsələsində qərarlı olduqlarını təsdiq ediblər.
AĞ EVDƏN AÇIQLAMA
İki liderin telefon danışığından sonra Ağ Ev də açıqlama yayıb.
Açıqlamaya görə, Afrin əməliyyatına dair narahatlıqlarını dilə gətirən ABŞ Prezidenti Tramp, hərbi əməliyyatları məhdudiyyətləşdirməyi təklif edib.
Trump, "Türkiyə və ABŞ əsgərlərinin toqquşmasından yayınmaq lazımdır" deyib.
Açıqlamada ABŞ tərəfinin; Əməliyyatın müəyyən zaman ilə məhdudlaşdırılması lazım olduğunu bildirdiyi qeyd olunub.
Ağ Evin açıqlamasına görə, ABŞ Afrində şiddətin artmasından narahatdır.
ABŞ-ın açıqlaması danışığın məzmununu əks etdirmir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın telefon danışığı ilə bağlı ABŞ tərəfinin yazılı açıqlamasının, görüşün məzmununu tam əks etdirmədiyi öyrənilib.
"Marja" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, mənbələrdən əldə edilən məlumata görə, ABŞ tərəfinin yazılı açıqlaması danışığın məzmununu tam əks etdirmir.
Mənbələr Trumpın, Afrin əməliyyatıyla bağlı "artan zorakılıqdan narahatıq" deyə bir şeydən bəhs etmədiyi, əməliyyatla bağlı fikir mübadiləsindən başqa bir şey danışılmadığı bildirib.
ABŞ tərəfinin (trampın), əməliyyatın müəyyən bir zamanla məhdudlaşdırılması, Münbiçdə az da olsa ABŞ əsgərinin mövcudluğuna görə, oralarda bir isti toqquşma ehtimalına imkan verilməməsi lazım olduğuna işarə etdiyi bildirilib.
Türkiyə tərəfinin də PYD/YPG ünsürlərinin daha əvvəl söz verildiyi kimi, Fəratın şərqinə çəkilmələri lazım olduğunu, çəkilmə baş verəndə Münbiçin mümkün DEAŞ (İŞİD) təhlükəsinə qarşı Türkiyə əsgərinin dəstəklədiyi Müstəqil Suriya Ordusu (ÖSO) tərəfindən qoruna bilinəcəyi qeyd edilib.
Mənbə bildirib:
"Prezident Ərdoğanın terrorla mübarizə çərçivəsində PYD/YPG-yə ABŞ-ın silah dəstəyinin dayandırılması lazım olduğuna diqqəti çəkməsinə qarşılıq olaraq, Trump isə PYD/YPG-yə artıq silah vermədiklərini, verməyəcəklərini deyib.
Tramp, ABŞ-ın açıq şəkildə tənqid edilməsinin narahatlıq doğurduğuna toxunub. Buna qarşılıq Prezidenti Ərdoğan da terror təşkilatı PYD/YPG-yə silah verilməsindən FETÖ-nün himayəsinə qədər uzanan ABŞ siyasətlərinin Türkiyə ictimaiyyətində ciddi hiddətə səbəb olduğundan bəhs edib".
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
10 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
10 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























