SOCAR-a məxsus şirkət 500 milyonluq avrobond yerləşdirir - TARİX
Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” 500 mln. ABŞ dolları həcmində ilk avrobond emissiyasını yanvarın 26-dan İrlandiya Birjasında yerləşdirməyi planlaşdırır.
Bu barədə “Petkim” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb.
Məlumata əsasən, tədavül müddəti 5 il olan bu istqirazların illik gəlirliliyi 5,875% nəzərdə tutulub. İstiqrazlar nominal dəyərinin 99,467%-i qədər qiymətlə satışa çıxarılacaq.
Faiz ödənişləri 26 iyul 2018-ci ildən etibarən 6 ayda bir dəfə olmaqla müddət başa çatanadək hər il 26 iyul və 26 yanvarda həyata keçiriləcək.
Məlumatda həmçinin qeyd olunub ki, İrlandiya Birjasında yerləşdirilməsi planlaşdırılan avrobond üçün sifariş toplama işləri tamamlanıb. Bu avrobond emissiyası ilə əlaqədar olaraq “Goldman Sachs International”, “J.P. Morgan Securities Plc.” , “Citigroup Global Markets Ltd.”, “Societe Generale” və “VTB Capital Plc.” səlahiyyətləndirilib.
Qeyd edək ki, “Petkim Holding” Əliağada (İzmir) inşa olunan STAR neft emalı zavodunda pay almaq üçün ötən il oktyabrın 27-də İdarə Heyətinin qərarına əsasən 500 mln. dollara qədər avrobond emissiyası planlaşdırdığı barədə məlumat yayıb. Noyabr ayında isə Sərmayə Bazarı Qurumuna müraciət edib. Ötən ilin dekabrın sonunda Türkiyənin Sərmayə Bazarı Qurumu “Petkim Holding”in avrobond emissiyası üçün müraciətinə müsbət cavab verib.
Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























