Tesla-dan günəş enerjisi yığan kirəmitlər
"Solar City"ni satın almasını tamamlayan Tesla, Nyu-Yorkdakı zavodunda günəş enerjisi yığan kirəmitləri istehsal etməyə başlayıb.
"Marja" Reuters-ə istinadən xəbər verir ki, kirəmitlər üçün depozit (ilkin ödəniş) ödəyənlərin evlərində araşdırmalara başlanıb və montaj mərhələsinə hazırlıq görülür.
Günəş enerjisi yığaraq evin elektrik ehtiyaclarını qarşılayan kirəmitlər üçün sifarişlər ötən ilin may ayında başlamışdı. Yalnız ABŞ sərhədləri içərisindən ilkin sifarişləri qəbul edən Tesla, müştərilərindən 1.000 dollar depozit alır.
Günəş enerjili kirəmitlərin ötən ilin yay aylarında ilk evlərə quraşdırılması planlaşdırılırdı, ancaq bu proses açıqlanmayan bir səbəbə görə təxirə salınmışdı. Reuters montaj prosesinin yaxın aylarda başlayacağını bildirir.
Teslaya görə, bir evi günəş enerjili kirəmitlərlə təchiz etmək, standart bir dam tikməkdən daha ucuz başa gəlir. Digər tərəfdən, bu kirəmitlər, baxanda standart bir damdan ayırd etmək mümkün olmur. Şirkət, bir damının ən çox 70%-inin bu kirəmitlərlə örtülə bilinəcəyini qeyd edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























