İran, Azərbaycan və Rusiya arasında regional enerji bazarı yaradıla bilər
“İran Azərbaycan və Rusiya ilə birlikdə enerji mübadiləsi üçün regional enerji bazarı yaratmaq niyyətindədir”.
Bunu İranın Energetika nazirinin beynəlxalq məsələlər üzrə müavini Əlirza Daimi deyib.
Ə.Daimi deyib ki, enerji istehsalı üçün yüksək potensial mövcuddur: “Buna görə də regional enerji bazarı yaratmağa çalışırıq. Regional enerji bazarı məsələsi hazırda Avropa ölkələri arasında mövcuddur. Mövcud vəziyyəti nəzərə alsaq, İran, Azərbaycan və Rusiya arasında da bu bazarı yaratmaq imkanları var”.
Ə.Daimi deyib ki, İran şimal, qərb və şərqdəki qonşu ölkələrlə yanaşı, Azərbaycanın elektrik şəbəkəsi də bir-birinə birləşdirilib: “Hazırda biz Azərbaycanla elektrik enerjisini qarşılıqlı mübadilə edirik. Əlbəttə, bu mübadilə quru sərhədlərimizin olduğu bütün qonşu ölkələrlə də həyata keçirilir”.
O qeyd edib ki, hazırda İranın MAPNA şirkəti Azərbaycanla külək və günəş elektrik enerjisi stansiyalarının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq edir. Ə.Daimi əlavə edib ki, Azərbaycan və İran arasında sərhəd çayları üzərində elektrik stansiyalarının tikintisi və bəndlərin salınması sahəsində də əməkdaşlıq var: “Xudafərin və Qız Qalası su bəndlərinin idarəedilməsi sahəsində, eləcədə iki ölkənin sərhəd çayları və su mənbələrinin bölüşdürülməsi sahəsində ölkələrimiz arasında çox sıx və misilsiz əməkdaşlıq var. Azərbaycan və İran birgə işçi qrupu yaradıb. İşçi qrup mütəmadi iclaslar keçirir və işlərin irəliləməsi üçün lazımı addımları atır. Düşünürəm ki, İran və Azərbaycan arasında sərhəd çayları və su resursları sahəsində ən uğurlu əməkdaşlıq nümunəsi mövcuddur. İki ölkə arasında çox uğurlu və digər ölkələrə nümunə olacaq bir əməkdaşlıq mövcuddur”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)


