Azərbaycan qidada qaydaları yenidən yazır
“Qida təhlükəsizliyi haqqında” layihəsi hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin gələn il yanvarın 1-dən fəaliyyətə başlaması üçün bütün zəruri hüquqi baza yaradılıb.
Bu fikri dekabrın 27-də Qida Təhlükəsizliyi Komissiyasının Nazirlər Kabinetində keçirilən növbəti iclasında Baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov deyib.
O qeyd edib ki, Qida Təhlükəsizliyi Komissiyası Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətini təmin etmək məqsədilə yaradılmışdı. Artıq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin olunub və agentlik 2018-ci il yanvarın 1-dən tam fəaliyyətə başlayacaq. Bununla da Qida Təhlükəsizliyi Komissiyasının fəaliyyətinə xitam veriləcək.
Əli Əhmədov əlavə edib ki, Qida Təhlükəsizliyi Komissiyası bu il ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsinin hazırlanmasında fəal iştirak edib və dövlətimizin başçısı həmin Əsasnaməni təsdiq edib:
“Bundan başqa, komissiya tərəfindən müvafiq qurumlar üzrə səlahiyyətlər bölgüsü aparılıb və bununla bağlı da sənəd hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Təbii ki, bu sənədin üzərində yenidən işləmək lazımdır. Güman edirəm ki, bütün işlər tamamlandıqdan sonra həmin sənəd də təsdiq olunacaq və bunun əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi öz fəaliyyətini təmin edəcək. Həmçinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi hazırlanaraq ölkə başçısına təqdim edilib və yaxın zamanlarda bu layihə Milli Məclisə göndəriləcək”.
Baş nazirin müavini bildirib ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018–2025-ci illər üçün dövlət proqramının layihəsi də hazırlanaraq Prezidentə təqdim olunub. Bu layihə təsdiq olunduqdan sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi öz fəaliyyətini müəyyən edə biləcək.
Bundan başqa, Kodeks Alimentarius Komissiyasında Azərbaycan Respublikasının təmsilçiliyi ilə əlaqədar müvafiq sənəd də hazırlanaraq göndərilib. Bundan sonra təmsilçilik səlahiyyəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə verilib: “Gələn il yanvarın 1-dən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət göstərməyə başlaması üçün zəruri hüquqi baza demək olar ki, yaradılıb. Bundan sonra təşkilati işlər, maddi-texniki bazanın formalaşdırılması, təmin edilməsi və agentliyin öz işini həyat keçirməsi üçün şərtlərin yerinə yetirilməsi işləri başlayır. Biz Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin çox qısa zamanda təmin olunmasını arzulayırıq. Təbii ki, yeni qurum yaradıldıqda bu proses müəyyən vaxt tələb edir. Qida Təhlükəsizliyi Agentliyi gələn ilin əvvəlində fəaliyyətə başlamasına baxmayaraq, Agentlik öz funksiyalarını tam yerinə yetirənədək Qida Təhlükəsizliyi Komissiyası bu prosesə öz dəstəyini göstərəcək”.
Sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Agentlik qarşısında duran vəzifələr, həyata keçirəcək tədbirlər və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi barədə danışıb.
İclasda Agentliyin strukturu və işçilərinin ümumi say həddinin müəyyənləşdirilməsi, maliyyə və əmlak məsələlərinin həlli ilə bağlı təkliflər səsləndirilib, müvafiq qərar qəbul olunub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 d. əvvəl
Hyundai 569 min avtomobilini geri çağırdı: ABŞ araşdırmanı bağladı
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 569 min avtomobilini geri çağırdı: ABŞ araşdırmanı bağladı
Rəsmi Moskva: Rusiya sövdələşməyə hazırdır
Neftin qiyməti 7 ay sonra ilk dəfə 60 dollardan aşağı düşdü
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
Ən çox oxunanlar
Bank yeni “Neftçilər” filialını istifadəyə verdi
Dekabrın 17-də gözlənilən hava şəraiti
Maaşa uyğun kredit – Expressbankda
Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2%, mobil internetin sürəti isə 4%-dən çox artıb
Ford elektrikli avtomobillərdə zərər edir, strategiya dəyişir: 13 milyard dollarlıq itki
11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır











.jpg)






.jpg)




