“Əmanətlərimizi mənimsəyiblər, amma azadlıqda qalıb kef edirlər”
Bankların bağlanması, üstəlik bir qrup əmanətçilərin pullarını ala bilməməsi ilə, əhali banklardan daha da qorxur.
Bir qrup əmanətçinin problemi var.
Lisenziyası ləğv edilmiş “Yunayted Kredit Bank”a əmanət yatırdığını bildirən Elçin İsmayılov “Marja”ya müraciətində bildirib ki, özü daxil bir neçə nəfər “Yunayted Kredit Bank”ın Gəncə filialına əmanət qoyublar. Lakin bank bağlanandan sonra pullarını ala bilməyiblər:
"Yunayted Kredit Bank"ın Gəncə filialına əmanət qoymuşuq. Amma orada Bankın İdarə heyyətinin sədr müavini ilə filial işçiləri cinayət əlaqəsinə giriblər. Bizim adımıza olan əmanətləri bankın reyesterində qeyd etməyiblər. Bizim əlimizdə əmanət kitabçası, müqavilələr, kassa qəbzləri var. Amma bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bizi müştəri kimi tanımaq və bizim pullarımızı qaytarmaq istəmir. Buna səbəb olaraq, adımızın reyestrdə olmamasını göstərir. İş hazıda Bakı Apellyasiya Məhəməsində baxılır. 28 dekabrda hakim son qərar verməlidir.Amma biz əmanətçilər bir az narahatıq.Ədalətli qərar veriləcəyinə ümidimiz azdır.Sanki biz küçədə hansısa dələduza pul vermişik. Biz pulumuzu banka qoymuşuq, Bank da bizim pulumuzu qaytarmalı deyilmi? Bank işçilərinə nəzarət etməli olan, audit aparmalı olan orqanların gunahını biz nəyə görə çəkməliyik!?”.
Elçin İsmayılov əlavə etdi ki, iş Korrupsiyaya Qarşı Mübarizə iİdarəsində araşdırılıb. Daha sonra Gəncə Ağır Cinayətlər Məhkəməsində, sonra da Gəncə Apelyasiya Məhkəməsində işə baxılıb: “Mənim mülki iddiaçı və zərərçəkən şəxs kimi şikayətimə baxılıb. Amma mənim banka qarşı 36 700 dollar müqavilə ilə əmanətə qoyduğum pulun qaytarılması iddiam baxılmamış saxlanılıb.
Cinayətkarların cəzalandırılması ilə bağlı şikayətim isə Gəncə Apelyasiya Məhkəməsində təmin edilmədi. Cinayətkarlar 1 manat da pul ödəmədən azadlıqda qalıblar. 8 il həbs verilsə də 70-ci maddə tətbiq edilib, onlara şərti cəza verilib. İndi mənim əmanətimi cinayətkarlar qaytarmırlar. Nə də bankın ləğvedicisi kreditor tələbimizi rəsmi qəbul edib, pulu qaytarmaq istəmir. Aldadılmış vətəndaşları heç kim saya saymır. Haqqımızı ala bilmirik!”
Elnurə Sadıqova da “Marja”ya müraciətində bildirib ki, 13 nəfərin depoziti "Yunayted Kredit Bank"ın rəhbərliyi tərəfindən mənimsənilib.
“3 ildir pulumuzu geri ala bilmirik. Nə qədər Mərkəzi Banka, Əmanətlərin Sığortalanması Fonduna, hüquq mühafizə orqanlarına müraciət etmişik. Bütün müraciətlərimiz faydasızdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sədr müavini Vahid Əliyevi 14 il azadlıqdan məhrum edildi. Filial müdiri, baş mühasib və xəzinədara isə 8 il şərti cəza verildi. Azadlıqda qalıb kef edirlər. Bank pulumuzu qaytarmadı, lisenziyası ləğv edilənə qədər vaxtı uzatdı. Bankın ləğvedicisini belə dəyişdilər. Yeni ləğvedici də işini yerinə yetirə bilmədi. Nəhayət yayda məlum oldu ki, ləğvedici Əmanətlərin Sığortalanması Fondunun özü olacaq. Fonda müraciət etdik. Onlar bildirir ki, sizin adınız bankın təqdim etdiyi siyahıda yoxdur”.
Elnurə Sadıqovadan öyrəndik ki, o 11 min dollar əmanəti 2013-cü ildə 14% dərəcəsilə banka yerləşdirib. Həmin vaxt qorunan əmanətlər üçün maksimum faiz dərəcəsi 12% idi. 01 avqust 2013-cü il tarixində isə qorunan əmanətlər üçün maksimum faiz dərəcəsi 12 faizdən 10 faizə endirilmişdi. Lakin dələduzlar müştərinin məlumatsızlığından istifadə edib, müqavilədə əmanətin qorunan əmanət olduğunu qeyd ediblər. Müştəri də bu bəndə arxayın olub. Lakin o, 12%-dək yerləşdirilən əmanətlərin sığortalandığı barədə məlumatlı olmayıb. Qısası, bank vətəndaşın məlumatsızlığından istifadə edərək onları aldadıb. Bir bankın, rəhbərliyinin dələduz olması gözlənilməzdir.
İddialar barədə rəsmi qurumların mövqelərini dərc etməyə hazırıq.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
14 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
2 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 23 saat əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO





















