Səudiyyə Ərəbistanı tarixinin ən böyük büdcəsini açıqlayıb
Səudiyyə Ərəbistanında Kral Salman ölkə tarixinin ən böyük büdcəsini açıqlayıb.
BÜDCƏ KƏSİRİ 195 MİLYARD RİALDIR
"Marja" xəbər verir ki, Kral, "Bu, neft qiymətlərindəki azalmaya baxmayaraq, krallığın tarixində ən böyük büdcədir. Gəlir 783 milyard rial (209 milyard dollar), xərc 978 milyard rial (260,8 milyard dollar), aradakı büdcə kəsiri 195 milyard rialdır (52 milyard dollar)" açıqlamasını edib.
NEFT GƏLİRLƏRİ YARI-YARIYA AZALIB
2018 büdcəsində neft gəlirlərində 50 faiz azalma olduğuna diqqət çəkən kral, korrupsiyaya qarşı mübarizə və fondlardan qənaət siyasətinə davam edəcəklərini vurğulayıb. Səudiyyə mediasına görə, nəhəng büdcə kəsiri kiçilərək 2015-dən bəri ilk dəfə ÜDM-in 8.9%-nə düşüb.
Səudiyyənin maliyyə nazirliyi 260.8 milyard dollar təşkil edən 978 milyard riyallıq xərcin 2017-dəki proqnozdan 10% çox olduğuna diqqət çəkib.
Keçən ay Ər-Riyadda həbs edilənlər içərisində bəzisi dünyanın ən zənginləri arasında yer alan 11 şahzadə, 4 nazir və onlarla keçmiş nazir vardı. Həbslərdən sonra xam neftin qiyməti son iki ilin ən yüksək səviyyəsinə çıxdı.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
10 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
10 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























