“Bakı Metropoliteni”nin kapitalı artırıldı, strukturu dəyişdirildi
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnamə kapitalı artırılıb.
Bu, Nazirlər Kabinetinin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında etdiyi dəyişikliklərdə əksini tapıb.
Hazırda “Bakı Metropoliteni” QSC-nin Nizamnamə kapitalı 1 milyard 770 milyon 950 min 768 manat 2 qəpikdir, onun səhmlərinin nominal dəyərindən təşkil olunub və nominal dəyəri 14 manat 14 qəpik olan 125 milyon 244 min 43 ədəd adi səhmdən ibarətdir. Dəyişikliyə əsasən Cəmiyyətin Nizamnamə kapitalı artırılaraq 2 milyard 580 milyon 638 min 397 min 20 qəpiyə, səhmlərinin sayı 182 milyon 506 min 251 ədədə çatdırılıb.
STRUKTURU DƏYİŞİB
“Bakı Metropoliteni” QSC-nin törəmə müəssisələri ləğv edilib, tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan yeni təşkilatlar yaradılıb
Hazırda “Bakı Metropoliteni” QSC-nin strukturu “Bakı Metropoliteni” QSC-nin aparatı, “Bakı Metropoliteni” QSC-nin törəmə müəssisələri olan 1, 2 və 3 saylı Tunel Tikinti idarələri, Xüsusi Tamamlama İşlər İdarəsi, Xüsusi Hidrotexniki İşlər İdarəsi, Dəmir Beton Konstruksiyalar Zavodu, Mexanikləşdirmə İdarəsi, Avtonəqliyyat Müəssisəsi, “Bakımetrolayihə” İnstitutu, Hərbiləşdirilmiş dağ-mədən xilasetmə dəstəsi, İstehsalat Texniki Komplektləşdirmə İdarəsi və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar olan Hərəkət Xidməti, Yol Xidməti, Tunel Qurğuları Xidməti, Elektrik Təchizatı Xidməti, İşarəvermə və Rabitə Xidməti, Elektromexanika Xidməti, Əsaslı Təmir Xidməti, Depolar üzrə iş Departamenti, Birləşmiş emalatxanalar, Avtomotonəqliyyat Xidməti və “Bakı Metropoliteni” QSC-nin Sağlamlıq Mərkəzindən ibarətdir.
Dəyişikliyə əsasən Bakı Metropoliteni” QSC-nin strukturu “Bakı Metropoliteni” QSC-nin Aparatı, “Bakı Metropoliteni” QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar olan Hərəkət Xidməti, Yol Xidməti, Tunel Qurğuları Xidməti, Elektrik Təchizatı Xidməti, İşarəvermə və Rabitə Xidməti, Elektromexanika Xidməti, Əsaslı Təmir Xidməti, Depolar üzrə İş Departamenti, Birləşmiş emalatxanalar, Diaqnostika və Metroloji Təminat Mərkəzi, Eskalator Xidməti, Nəqliyyat və Xüsusi Texnika Departamenti, Tikinti Departamenti, Perspektiv İnkişaf və Əsaslı Tikintiyə Nəzarət Departamenti, Mühafizə və Yanğın Təhlükəsizliyi Xidməti, Yaşıllaşdırma və Vaqonların Təmizlik Təsərrüfatı Xidməti, İnformasiya və Kommunikasiya Texnologiyaları Xidməti, “Bakı Metropoliteni” QSC-nin Sağlamlıq Mərkəzi və Vaqonların Əsaslı Təmir Xidmətindən ibarət olacaq.
Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Maliyyə Bazarlarına Nəzarət Palatasıvə “Bakı Metropoliteni” QSC-yə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
© APA
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
8 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib




























