Dolları gücləndirəcəyi bildirilən layihə Nümayəndələr Palatasından keçdi
ABŞ-da Nümayəndələr Palatası şirkətlərə və fərdi şəxslərə vergi güzəştləri nəzərdə tutan qanun layihəsini qəbul edib.
Beləliklə, ABŞ Prezidenti Donald Trumpın qanunvericilik sahəsində ilk qələbəsini qazanmasına yalnız bir addım qalıb.
"Marja" xəbər verir ki, ABŞ Nümayəndələr Palatası, Respublikaçılar Partiyasının son vergi təkliflərini 203-ə qarşı 227 səslə qəbul edib.
Demokratların qarşı çıxdığı layihəyəyə, çox yüksək vergiyə malik əyalətləri təmsil edən 12 Respublikaçı üzv də müxalif çıxıb.
Nümayəndələr Palatasının sədri Paul Ryan verdiyi açıqlamada, "Bu gün, bu ölkənin insanlarına öz pullarını geri veririk" - deyib. Onun sözlərinə görə, bu qanun, 2-ci Dünya Müharibəsindən bu yana ən ağır çətinliklərlə mübarizə edən amerikalılar üçün "həqiqi bir dəstəkdir".
VERGİ GÜZƏŞTLƏRİ
Konqresin iki ayrı palatasında Respublikaçılar tərəfindən razılaşdırılmış yeni layihə, ABŞ şirkətlərinə mənfəət vergisinin 2018-ci ildən etibarən 35%-dən 21%-ə endirilməsini nəzərdə tutur.
Layihə, ölkədəki fərdi ödəyicilərə tətbiq olunan vergi dərəcələri baxımından da əhəmiyyətlidir. Beləki, fərdi gəlir vergisi dərəcələri fərqli gəlir qruplarına görə 10, 12, 22, 24, 32, 35 və 37% olmaqla 7 mərhələdə tətbiq ediləcək. Hazırda ABŞ-da mövcud fərdi gəlir vergisi fərqli gəlir qruplarına görə 10, 15, 25, 28, 33, 35 və 39,6% səviyyəsindədir.
Vergi qanunu layihəsini araşdıran Konqres Fiskal Birgə Komissiyasına görə, bu dəyişikliklər qarşıdakı 10 ildə federal hökumət gəlirlərini təxminən 1.5 trilyon dollar azaldacaq. Ancaq bu hesablamaya, vergi güzəştlərinin yaradacağı iqtisadi inkişafın nəticələri daxil edilməyib. Layihənin əvvəlki versiyalarının büdcə kəsirini təxminən 1 trilyon dollar artıracağı təxmin edilirdi.
ABŞ Konqresinin Büdcə Ofisinin (CBO) apardığı təhlillərdə, təklif edilən vergi güzəştlərinin federal hökumətin vergi gəlirlərini gələcək 10 ildə cəmi 1,5 trilyon azalacağını proqnozlaşdırmışdı.
İCBARİ TİBBİ SIĞORTA LƏĞV EDİLƏCƏK
Vergi layihəsində həmçinin, keçmiş Prezident Barak Obama tərəfindən icbari hala gətirilən tibbi sığortanın 2019-cu ildən etibarən yenidən istəyə bağlı olması yer alır.
Sözügedən təklifi dəyərləndirən CBO, icbari tibbi sığortasının ləğvi halında səhiyyə sığortası xərclərinin mövcud sistemə nisbətən 10 faiz artacağı və ölkədə sığortasız adam sayını 2027-ci ilədək 13 milyon artıracağı proqnozunu vermişdi.
NÖVBƏTİ "DAYANCAQ" SENATDIR
ABŞ Prezidenti Donald Trump və Respublikaçılar Partiyasının builki ən mühüm uğuru kimi göstərilən vergi layihəsinin növbəti "dayanacağı" Senat olacaqdır.
Senatda səsvermənin bu gün keçiriləcəyi açıqlanıb.
Senatdan da keçməsi gözlənilən layihə, son mərhələ olaraq ABŞ Prezidenti Donald Trumpın imzasına təqdim olunacaqdır.
Trump, vergi layihəsinin Nümayəndələr Palatasının keçməsinin ardından sosial media vasitəsilə, başda Respublikaçı liderlər olmaq üzrə layihəyə dəstək verən bütün nümayəndələrə təşəkkür edib.
ABŞ-ın Konqresi 2 palatadan ibarətdir: Senat və Nümayəndələr Palatası.
Qeyd edək ki, vergi güzəştlərinin ABŞ-da iqtisadi inkişafın sürətlənməsinə, ABŞ şirkətlərinin xaricdəki pullarını geri gətirmələrinə və nəticədə Dolların güclənməsinə səbəb olacağı bildirilir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
14 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
14 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























