Azərbaycan qazını Avropaya daşıyacaq kəmərin üstündə "qara buludlar" yaranıb
"TAP kəmərinin layihəsinin marşrutu dəyişə bilməz. Ətraf mühitə təsir baxımından mövcud marşrut ən optimal variantdır".
Bu barədə TAP konsorsiumunun icraçı direktoru Luka Skiepatti bildirib.
Onun sözlərinə görə, marşruta yenidən baxılarsa, bu, "dörd ilin itirilməsi" deməkdir.
Ötən gün "Corriere della Sera" qəzetinə müsahibəsində Apuliya regionunun qubernatoru Mişel Emiliano bəyan edib ki, region TAP layihəsi üçün əlverişli ola bilər, lakin onun reallaşması nəticəsində Apuliya dünyanın ən gözəl parklarından birindən və Adriatik dənizinin ən gözəl çimərliyindən məhrum oluna bilər.
Buna münasibət bildirən L.Skiepatti deyib ki, TAP-ın marşrutunun dəyişməsi həm suda, həm də quruda əlavə qazıntıların aparılmasına səbəb ola bilər ki, bu da ətraf mühitə ziyan vura bilər. "Digər alternativ variantların da bu cür zərərli tərəflər var", - deyə o vurğulayıb.
San-Foka ərazisinə olduqca çox sayda turistlərin gəlməsinə toxunan icra direktor bəyan edib ki, boru kəmərinin adıçəkilən əraziyə təsiri minimal olacaq. İşlər dənizin dibində aparılır. Bundan başqa boru kəməri sahildən 800 metr aralıda üzə çıxır ki, bunun da turistlərə təsiri ola bilməz".
Onun sözlərinə görə, turizm mövsümünün əsas fazasında, yəni iyul ayından avqust ayınadək işlər dayandırılacaq.
"İşlər ən son texnologiyalardan istifadə olunaraq aparılır ki, belə olan halda ətraf mühitə təsirdən danışmaq yersizdir. Qaz terminalı 12 hektar ərazidə tikiləcək, lakin zavod və inzibati binalar 3500 kvadratmetrlik ərazini əhatə edəcək. Qazın saxlanılması və emalı həyata keçirilməyəcək. Söhbət yalnız dispetçer və ölçmə xidmətlərindən gedə bilər ki, bunun da ətraf mühit üçün riski yoxdur. Ərazidəki zeytun ağacları bütün təhlükəsizlik tədbirləri nəzərə alınmaqla köçürüləcək ki, bundan hamımız qazanclı çıxacağıq", - deyə konsorsium rəsmisi vurğulayıb.
Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.
© APA
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
10 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
10 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
























