5,5 milyard dollarlıq müsbət ticarət saldosu yaranıb
2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 113 ölkəyə məhsul ixrac olunmuş, 180 ölkədən idxal olunmuşdur. Bu barədə "Marja"ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 19 milyard 459,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 12 milyard 500,6 milyon dollar, idxalın dəyəri 6 milyard 958,4 milyon dollar təşkil etmiş, nəticədə 5 milyard 542,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,4 faiz artmış, real ifadədə isə 12,0 faiz, o cümlədən ixrac 8,1 faiz, idxal 18,0 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 22,9 faizini İtaliyaya, 12,7 faizini Türkiyəyə, 5,0 faizini Rusiyaya, hər biri 4,9 faiz olmaqla İsrail və Çexiyaya, 4,8 faizini Çinə, 4,2 faizini Gürcüstana, 4,0 faizini Kanadaya, 3,8 faizini Portuqaliyaya, 3,7 faizini Almaniyaya, hər biri 3,0 faiz olmaqla Hindistan və Tayvana (Çinin əyaləti), 2,5 faizini İndoneziyaya, qalan 20,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
ƏN ÇOX RUSİYADAN MALLAR ALIRIQ
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,3 faizi Rusiyanın, 14,6 faizi Türkiyənin, 9,7 faizi Çinin, 9,3 faizi ABŞ-ın, 5,2 faizi Ukraynanın, 4,8 faizi Almaniyanın, 3,7 faizi İtaliyanın, 2,8 faizi Birləşmiş Krallığın, 2,7 faizi İranın, 2,4 faizi Braziliyanın, hər biri 1,9 faiz olmaqla Yaponiya və Norveçin, 23,7 faizi isə digər ölkələrin payına düşmüşdür.
2017-ci ilin yanvar-oktyabr aylarında 1 milyard 218,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 25,1 faiz, real ifadədə isə 22,8 faiz çoxdur.
2017-ci ilin yanvar-oktyabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 26,4 faiz, təzə tərəvəz – 87,1 faiz, kartof – 50,7 faiz, tütün – 2,1 dəfə, bitki yağları – 13,0 faiz, çay – 58,0 faiz, meyvə və tərəvəz şirələri – 53,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 76,7 faiz, meyvə və tərəvəz konservləri – 4,0 faiz, qara metallardan borular – 0,3 faiz, pambıq lifi – 6,5 dəfə, bentonit gili – 3,4 dəfə artmış, şəkər ixracı isə 41,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 10,6 faiz, polietilen – 13,2 faiz, emal olunmamış alüminium – 28,6 faiz, qara metallardan yarımfabrikatlar – 37,3 faiz, pambıq ipliyi – 29,1 faiz azalmışdır.
2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-oktyabr aylarında təzə meyvə idxalı 2,6 faiz, çay – 7,6 faiz, quş əti və onun əlavə məhsulları – 3,9 faiz, mal əti – 88,9 faiz, siqaret – 6,0 faiz, polad prokatı – 11,7 faiz, minik avtomobilləri – 88,0 faiz, hesablama maşınları, blok və qurğuları – 51,1 faiz, rezin şinlər – 34,6 faiz, qara metallardan çubuqlar – 13,7 faiz, mebel – 2,1 dəfə, mineral gübrələr – 48,4 faiz, qara metallardan künclüklər – 29,0 faiz, məişət kondisionerləri – 23,5 faiz, paltaryuyan maşınlar – 72,7 faiz, yük avtomobilləri – 89,7 faiz, avtobuslar – 97,3 faiz artmış, buğda idxalı isə 25,6 faiz, xam şəkər və şəkər – 5,3 faiz, bitki yağları – 7,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 0,4 faiz, kartof – 6,2 faiz, təzə tərəvəz – 43,6 faiz, qara metallardan borular – 52,1 faiz, polietilen – 12,8 faiz, sement və sement klinkerləri – 93,0 faiz, məişət soyuducuları –17,0 faiz azalmışdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
7 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
7 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
12 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 18 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
























