Şəffaflığın artırılmasına xidmət edəcək təlim proqramı başlayır
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikası Auditorlar Palatası, “Paşa Bank” ASC və Headstart International Təlim mərkəzinin birgə təşkilatçılığı ilə noyabr ayının 30-da Park Inn otelində "Maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üzrə təlim proqramı"nın təqdimatı keçirilib.
Tədbirin məqsədi Azərbaycan Respublikası Prezidentinin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 10 Fevral 2009-cu il fərmanına əsasən hazırlanmış “Maliyyə Əməliyyatlarında Şəffaflığın Təmin edilməsi üzrə Təlim Proqramı”nın təqdim olunması idi. Təqdimat mərasimində müxtəlif dövlət qurumları, banklar, holdinqlər, sığorta şirkətləri və digər iri şirkətlərin nümayəndələri iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikası Auditorlar Palatasınınn sədri professor Vahid Novruzovun açılış nitqi ilə başladı. Azərbaycan Respublikası Auditorlar Palatasının sədri professor Vahid Novruzov qeyd edib ki, məqsəd korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə və şəffaflığın artırılmasına xidmət edəcək bu proqram çərçivəsində müvafiq dövlət qurumlarının, kommersiya təşkilatlarının, ictimai birliklərin, bankların, holdinqlərin və sair mütəxəssisləri üçün kursların keçirilməsidir. O diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Auditorlar Palatası Headstart International Təlim mərkəzi ilə sıx əməkdaşlıq edir.
Daha sonra tədbir Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini cənab Asim Zülfüqarov və Paşa Bankın Compliance departamentinin inzibatçısı cənab Anar Tarverdiyev çıxış etdilər.
Tədbirin ikinci hissəsində Headstart International MMC-nin korporativ satış üzrə meneceri Nuranə İsmayılova tədbir iştirakçılarına “Maliyyə Əməliyyatlarında Şəffaflığın Təmin edilməsi üzrə Təlim Proqramı”nı təqdim etdi. Tədbir iştirakçılarına çirkli pulların yuyulmasının tarixi, yuyulma mexanizmləri, terrorçuluğun maliyyələşdirilməsi, çirkli pulların yuyulması ilə bağlı real nümunələr və bu sahədə monitorinq aparan beynəlxalq qurumlar barəsində geniş məlumat verildi və 2018-ci il üçün Headstart International MMC-nin təklif etdiyi təlim proqramı qonaqların nəzərinə çatdırıldı.
Daha sonra tədbir Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Əməkdaşlıq Sektoru, Maliyyə Monitorinqi Xidmətinin aparıcı mütəxəssisi cənab Pərviz Baxşəliyev, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təlim mərkəzinin rəhbəri cənab Anar Həsənov, Caspian Audit şirkətinin baş direktoru, professor Əlibala Məhərrəmzadə, AzərTürk Bankın Maliyyə Monitorinqi və Nəzarət departamentinin müdir müavini Vüsalə Kazımovanın çıxışları ilə davam etdi. Çıxış edən natiqlər proqramın korrupsiyaya qarşı mübarizədə, eləcə də şəffaflığın artırılmasında önəmli rol oynayacağını diqqətə çatdırıblar.
"Headstart International" Təlim Mərkəzinin rəhbəri Syed Muhammad Ali bildirib ki, təmsil etdiyi qurum gələn ilin yanvarından Auditorlar Palatası və MBNP-nin nəzarəti altında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda təlimlər aparacaq.
Qeyd edək ki, 2010-cu ildən fəaliyyətə başlayan Headstart International Təlim mərkəzi indiyədək Azərbaycanda 15 mindən çox tələbəyə maliyyə və mühasibatlıq, vergi uçotu, menecment və xarici dillər üzrə təlimlər keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























