Xaricdə təlabat böyük, alış qiyməti yüksəkdir - 80%-i ixraca gedəcək
Bu il Qubanın alma bağlarından 120 min 757 ton məhsul yığılıb. Bu məhsulun 65-70 faizi xarici ölkələrə ixrac üçün nəzərdə tutulub.
Qubalı bağbanlar avqustun ikinci ongünlüyündən etibarən alma bağlarından ilk məhsulunun yığımına başlayıblar. “Slava pobeditelyam”, “Qrandşteyn”, “Anis” və digər tezyetişən alma sortlarının yığımı qısa müddətdə başa çatdırılıb. Yığılan meyvə yerli və paytaxt bazarlarında, eləcə də respublikamızın digər bölgələrində satılır. Şimal bölgəsində tezyetişən alma sortları ümumi meyvə bağlarının çox az hissəsini təşkil edir.
Rayon bağlarında kütləvi alma yığımına isə sentyabrın 15-dən sonra başlanılıb. Əksər bağbanlar yüksək keyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə satıla biləcək məhsul yetişdirməyə çalışır. Şimal bölgəsinin alma bağlarında daha çox məhsuldarlığı ilə seçilən “Qolden delişes”, “Simirenko reneti”, “Fuji” sortları yetişdirilir. Quba-Xaçmaz zonası üzrə ümumilikdə, 22 min hektardan çox alma bağı mövcuddur. Bunun 13 min 62 hektarı Quba rayonunun payına düşür.
Xaricə 80 min ton alma ixrac olunacaq
Quba Ərazi Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə bu mövsüm Quba bağlarında yetişdirilən 120 min tondan çox almanın 80 min tonunun xaricə ixrac olunacağı gözlənilir. İndiyə kimi bu ilin məhsulundan 40 min tona qədər alma xarici bazarlara göndərilib. Xaricə göndərilən məhsulun həcminə görə Rusiya bazarları ilk pillədə durur. Azərbaycanda becərilən meyvələr həm dadına həm də tərkibinin vitaminlərlə zəngin olduğundan təlabat da böyükdür. Bağbanlar ixrac olunan almanı topdansatış qiymətlə 1.20-1.50 manata satırlar. Yerli bazarlarda satılmaq üçün nəzərdə tutulan keyfiyyətli almanın bir kiloqramı alıcılara topdansatış qiymətlə 50-80 qəpiyə təklif olunur. Qubada yetişdirilən almanın təxminən 30-35 faizi ölkəmizin bazarlarında satışa çıxarılır.
İxrac olunan almanın 90 faizi regiondakı soyuducu anbarlarda saxlanılır
Xaricə göndərilən almanın saxlanılmasında regionda yaradılan soyuducu anbarlar mühüm əhəmiyyətə malikdir. Sahibkarlar fermerlərdən aldıqları meyvəni bu anbarlarda bir müddət saxlayaraq, xarici bazarda daha münasib qiymətə sata bilirlər. Quba Ərazi Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, ixrac olunan alma məhsulunun 90 faizi əvvəlcə regiondakı soyuducu anbarlarda toplanır, sonra xaricə ölkələrə göndərilir.
İntensiv bağçılığa maraq artıb
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mədət Qurbanov bildirib ki, Azərbaycanda iqtisadi rayonlar sırasında Quba-Xaçmaz zonası alma istehsalının 70 faizdən çoxunu təşkil edir. Ölkəmizin torpaq və iqlim şəraiti, eləcə də dünyanın ən böyük alma idxalçısı - Rusiya Federasiyası ilə həmsərhəd olması alma istehsalı sahəsində ixracatçı dövlət olmağa tamamilə imkan verir. Respublikamızda alma istehsalının və ixracının artırılması üçün bağsalmada superintensiv tipli bağların dəstəklənməsi, mövcud alma bağlarının intensivləşdirilməsi, alma istehsalı üçün emal, paketləmə və depolama bazasının daha da gücləndirilməsi vacibdir.
Mütəxəssis qeyd edib ki, Qubadakı əksər bağbanlar yüksək keyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə satıla biləcək məhsul yetişdirməyi bacarırlar.
Quba-Xaçmaz bölgəsində intensiv bağçılığın inkişafı üçün bir sıra addımlar atılıb. Son illər Quba rayonunda superintensiv meyvə bağlarının sahəsi 1024 hektara çatdırılıb ki, bunun da 670 hektarında alma əkilib. Superintensiv meyvə bağlarının böyük hissəsi damcı üsulu ilə suvarılır. Təsərrüfatçılar bildirirlər ki, bu bağlarda əkilən sortlar ənənəvi alma bağlarından 3-4 dəfə daha çox məhsuldardır. Belə ki, ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanılırsa, intensiv bağçılıqda bu göstərici 60-70 ton arasında dəyişir. İntensiv bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən də azdır. Ağaclara il ərzində müxtəlif aqrotexniki qulluq göstərilir - dərmanlama, gübrələmə, budama işləri görülür. İntensiv bağçılığın əsas üstünlüklərindən biri də meyvə tinginin elə əkilən ildə məhsula düşməsidir. İllər keçdikcə məhsuldarlıq da yüksəlir.
Başqa ölkələrdən ting gətirilməsinə ehtiyac qalmayacaq
Qubada intensiv bağçılığın inkişaf etdirilməsi məqsədilə yeni tingçilik təsərrüfatı da yaradılıb. Zərdabi qəsəbəsində yerləşən Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə stansiyasında yaradılan tingçilik təsərrüfatında Türkiyə və Belarus təcrübəsindən istifadə olunur. Yeni yaradılan təsərrüfatda əkilən müxtəlif sort alma, armud, albalı, ərik və gavalı tingləri Türkiyədən gətirilib. Bu təsərrüfatda becərilən tinglər bir ildən sonra yeni salınan meyvə bağlarına köçürüləcək. Qubada yaradılan yeni tingçilik təsərrüfatının fəaliyyəti genişləndikcə, bir neçə ildən sonra başqa ölkələrdən ting gətirilməsinə ehtiyac qalmayacaq.
Bununla yanaşı, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun inzibati laboratoriya binasında aparılan əsaslı təmir işləri də regionda meyvəçiliyin inkişafında böyük rol oynayacaq. Əsaslı təmir olunan bina Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla tam təmin edilib. İnstitutda yeni biotexnologiya laboratoriyası da quraşdırılıb. Bu laboratoriyadakı iqlim otağında müxtəlif bitkilərdən alınan toxumların bəslənməsi həyata keçiriləcək. Bununla yanaşı, institutun balansında mikroklonal üsulla calaqaltıların yetişdirilməsi texnologiyasının tətbiq ediləcəyi istixananın tikilməsi də nəzərdə tutulub. İnstitutun direktor müavini Vahid Əliyev bildirib ki, bu üsulla calaqaltıların yetişdirilməsi ölkəmizdə superintensiv bağçılıqda istifadə olunan tinglərə tələbatı tam ödəməyə imkan verəcək.
Qeyd edək ki, 2017-ci ildə Quba rayonunda 238 hektar yeni meyvə bağı salınıb. Bu bağların 170 hektarında isə alma əkilib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
2 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
2 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
3 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
4 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
4 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
5 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb























