Azərbaycana dekorativ ağaclar və kolların idxalında artım müşahidə olunur
Genetik modifikasiya olunmuş (GMO) bitkilərin Azərbaycan ərazisinə qanunsuz şəkildə daxil edilməsi cinayət tərkibi hesab olunduğu üçün İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində belə hallara yol verənlərə qarşı ağırlaşdırıcı cəzaların tətbiqi nəzərdə tutulur.
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.
Onun sözlərinə görə, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanuna əsasən, Azərbaycan ərazisinə genetik modifikasiya olunmuş bitkilərin, o cümlədən ağac, kol, gül-çiçək və ot bitkilərinin genetik materiallarının gətirilməsi və dövlət reyestrinə daxil edilməsi istisnasız olaraq qadağandır.
C.Quliyev qeyd edib ki, ölkə ərazisinə idxal olunan bütün genetik materiallar gömrük sərhədindən keçirilərkən onların genetik modifikasiyaya məruz qalması yoxlanılır və əgər belə hal aşkar olunarsa, bu materialların idxalına qanuna uyğun qaydada icazə verilmir.
Xidmət rəisi əlavə edib ki, bu il Azərbaycana dekorativ ağaclar və kollar əsasən Niderland, Bolqarıstan, İran, İtaliya, Moldova və Türkiyədən idxal edilib. 2017-ci il ərzində bu bitkilərin idxalında artım müşahidə olunur:
"Hazırda Azərbaycana heç bir ölkədən müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış ağac, kol, gül-çiçək və ot bitkiləri idxal olunmur. Geni modifikasiya edilmiş bütün bitki məhsullarının idxalı və ixracı müvafiq qanunvericiliklə qadağan olunduğu üçün gömrük-keçid məntəqələrində bu məsələlər nəzarətdə saxlanılır".
C.Quliyev onu da əlavə edib ki, Azərbaycana idxal edilən bitkilərdə aşkarlanan zərərvericilərin ölkədəki bitkilərə yayılma təhlükəsi hər zaman mövcuddur. Məhz bu səbəbdən idxal olunan bütün bitki və bitkiçilik məhsulları, o cümlədən də bəzək-dekorativ bitkiləri üzərində zərərvericilər aşkar olunduqda dərhal fitosanitar tədbirlər həyata keçirilir, yoluxmuş materialların təcrid edilməsi və üzərindəki zərərli orqanizmlərin məhv edilməsi üçün tədbirlər həyata keçirilir.
C.Quliyev bu yaxınlarda İtaliyadan Azərbaycana idxal edilən "Pittosporum tobira Ball" adlı dekorativ bitkilər üzərində növbəti dəfə karantin tətbiq edilən zərərli orqanizm aşkar olunmasını da xatırladaraq qeyd edib ki, "Pittosporum tobira Ball" adlı dekorativ bitkilər üzərində aşkar olunan Avstraliya şırımlı yastıcası bəzək və dekorativ bitkilərlə yanaşı, sitrus bitkilər, çəyirdəkli və tumlu meyvə ağaclarından isə şaftalı, gavalı, armud üçün təhlükəli zərərverici hesab edilir. Mütəxəssis bildirib ki, həmin zərərverici Avropa, Afrika, Şimali, Cənubi və Mərkəzi Amerika, Avstraliya və Okeaniyada yayılıb:
"Yastıcanın zədələdiyi kol və ağacların yarpaqları mövsümündən əvvəl tökülür, fotosintez prosesi zəifləyir, məhsuldarlığı aşağı düşür və ağacların qısa müddət ərzində quruyub sıradan çıxmasına səbəb olur. Əgər vaxtında karantin tədbirləri həyata keçirilməsə, adıçəkilən zərərvericilərin sürətlə ölkənin bitki örtüyünə yayılması mümkündür".
© Trend
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
8 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
8 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
13 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 18 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
























