OYAL “Mənim Azərbaycanım” rəsm müsabiqəsi elan edir
Valideynlərin, xüsusən məktəblilərin sevimli dəftərxana ləvazimatları markası olan OYAL “Ofisait” mağazalar şəbəkəsinin təşkilati dəstəyi ilə “Mənim Azərbaycanım” mövzusunda rəsm müsabiqəsi elan edir.
Müsabiqədə iştirak edən uşaqların layihədən daha çox faydalanması və hər birinin müsabiqənin qalibi olma şansının artması üçün Azərbaycan rəssamlıq sənətinin canlı tarixi hesab olunan xalq rəssamı, professor Arif Hüseynov iştirak edəcək, hər bir iştirakçıya fərdi qaydada istiqamət verəcək, uşaqlara peşəkar rəssamın zəngin təcrübəsindən faydalanmaq imkanı yaradılacaqdır. Müsabiqənin bütün iştirakçıları OYAL tərəfindən sertifikat və müxtəlif qiymətli hədiyyələr əldə edəcək, ilk 3 yerin qalibi isə “Ofisait” mağazalar şəbəkəsindən 300, 200, 100 AZN məbləğində hədiyyə kuponu və xüsusi mükafatla təltif olunacaq.
Müsabiqənin şərtləri:
-Müsabiqə iştirakçılarının yaş həddi 10-18;
-Rəsm müsabiqəsi Azərbaycan xalq rəssamı, professor Arif Hüseynovun iştirakı ilə təşkilatçının öncədən təyin etdiyi ünvanda həyata keçiriləcəkdir;
-Hər bir iştirakçının istifadəsinə 1 ədəd molbert, 45X60 sm ölçülərində kağız və iştirakçının istəyinə uyğun olaraq OYAL markalı rəngli karandaş, sulu boya və rəsm çəkən zaman öz istedadını ən uğurlu ifadə edə biləcəyi istənilən texniki ləvazimatlarlatəmin olunacaq;
-Müsabiqə günü hər bir iştirakçıya xalq rəssamı ilə fərdi master klass keçməsinə şərait yaradılacaq, daha sonra “Mənim Azərbaycanım” mövzusunda rəsm çəkiləcəkdir;
-Müsabiqə ayda 2 dəfə olmaqla 6 ay ərzində 12 dəfə keçiriləcək;
-Hər bir müsabiqəyə ancaq 15 nəfər iştirakçı qatıla bilər;
-6 ay ərzində çəkilən bütün əsərlər təşkilatçıda toplanacaq, 15 iyun 2018-ci il tarixində qaliblərin adı açıqlanacaq;
-Müsabiqədə çəkilən bütün rəsmlər qaliblər elan olunduqdan sonra qiymətli hədiyyələrlə birlikdə iştirakçılara geri qaytarılacaq.
“Mənim Azərbaycanım” rəsm müsabiqəsinin 1-ci mərhələsi 30 noyabr 2017-ci il, saat 11:00-da Xətai rayonu, Xudu Məmmədov küç.,41 (Həzi Aslanov metrosunun yaxınlığı) ünvanında yerləşən “Ofisait” mağazasında keçiriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyənlərdən OYAL-ın Facebook və İnstagram səhifələrindən online qeydiyyatdan keçib müvafiq blankı doldurması xahiş olunur. Bütün iştirakçılara uğurlar arzulayırıq.
Qeyd edək ki, uşaqlar və yeniyetmələr tərəfindən ən çox sevilən ekoloji sağlam OYAL məktəbli ləvazimatlarını Bakı, Abşeron, Sumqayıt, Lənkəran, Tovuz və Bərdədə yerləşən “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından əldə etmək mümkündür. Həmçinin ölkənin ən böyük online satış portallarından biri olan www.ofisait.com vasitəsilə də Siz mənzil və ofislərinizdə internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. “Ofisait”in gülərüz və dinamik komandası Sizin sifarişinizi operativ olaraq qeyd etdiyiniz ünvana təslim edir. Ödənişlərin nəğd və online həyata keçirilməsi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
2 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
4 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı




















