Çinli investorlar Qaradağ rayonunda olublar
Çin və Bakının Qaradağ rayonu arasında investisiyaya dair əməkdaşlıq çərçivəsində Şanxay şəhərindən olan investorlardan ibarət nümayəndə heyəti “Chine Minsheng New Energy İnvestment Group Limited” Şirkətinin vitse-prezidenti Ma Shaoyinin rəhbərliyi ilə 13 nəfərdən ibarət nümayəndə heyəti noyabrın 14-dən 19-dək davam edən səfər çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətində işgüzar görüşdə iştirak edib.
Çinli qonaqlar rayonun Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər. Qonaqlar Lökbatanda Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatını və siyasi fəaliyyətini əks edən fotostendlə tanış olublar. Nümayəndə heyətinə Ulu Öndərin həyatı, siyasi fəaliyyəti və xalqımız qarşısındakı misilsiz xidmətləri haqda məlumat verilib.
Həmin gün Çin nümayəndə heyəti Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla görüşüb.
Görüşdə S.Mikayılov son 25 il ərzində Çin və Azərbaycan arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrdən danışıb. Ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən nəhəng sosial-iqtisadi layihələr, dövlət proqramlarının uğurlu icrası, qeyri-neft sektorunun və sənayenin inkişafı, ölkəmizin iqtisadi potensialı, yerli və xarici iş adamlarının fəaliyyəti üçün yaradılmış əlverişli biznes mühiti, yerli və xarici iş adamlarının fəaliyyəti üçün tətbiq edilən xüsusi güzəştlər, həmçinin Qaradağ rayonunun zəngin sənaye potensialı, sosial-iqtisadi inkişafı və ölkə iqtisadiyyatında tutduğu strateji mövqe haqqında məlumat verib.
“Chine Minsheng New Energy Investment Group Limited” Şirkətinin vitse-prezidenti Ma Shaoyinin ölkələrimiz arasında mövcud əlaqələrdən bəhs edərək gələcəkdə bu əlaqələrin genişləndirilməsinin və iş adamlarının qarşılıqlı fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.
Görüşdə ölkələrimiz arasında mövcud olan iqtisadi və mədəni əlaqələr çərçivəsində qarşılıqlı iqtisadi, mədəni əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi və rayonlararası iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədilə niyyət protokolu imzalanıb.
Çinli iş adamları ölkəmizin və Qaradağ rayonunun iqtisadiyyatına investisiyalar yatırılmasına dəvət edildiyi zamandan artıq bir neçə səfər ediblər. Hal-hazırda əvvəlki görüşlərdə qarşılıqlı şəkildə bu sahədə əməkdaşlıq gedir. İş adamları alternativ enerji mənbələri layihələrini müzakirə edir. Səfər çərçivəsində görüşlər davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)



