"Azərbaycanda hotel açmaq istərdik"
Azərbaycan "Grand Hotel Kempinski Geneva" üçün prioritet istiqamətlərdəndir.
Bunu müsahibəsində hotelin baş direktoru Tyerri Lavalle deyib.
Onun sözlərinə görə, "Kempinski" ilk növbədə Azərbaycanın paytaxtında, Bakıda hotel açmağa üstünlük verir: "Əgər biz tərəfdaş tapsaq, mütləq Azərbaycanın turizm biznesində iştirak edəcəyik. Bakı həqiqətən də bizim üçün prioritet istiqamətdir. Hotel biznesində paytaxtdan başlamaq lazımdır, daha sonra isə ölkə daxilində genişlənməyi fikirləşmək olar".
Qafqaz regionunda "Kempinski"nin iştirak perspektivlərindən danışan T.Lavalle deyib ki, bu region onlar üçün prioritetlər arasındadır: "Biz bu regionun uğurlu inkişafına inanırıq. Əlbəttə ki, biz ilk növbədə yaxın gələcəkdə Azərbaycanda hotel açmaq istərdik, daha sonra Gürcüstanda da iştirak haqqında düşünmək olar".
T.Lavalle əlavə edib ki, Azərbaycanla yanaşı "Kempinski" Rusiya və Qazaxıstanda iştirak etməkdə maraqlıdır.
© Trend
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 4 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib






















