“Marketing Meetup”a Türkiyədən iki spiker gəlir
Son günlərdə sosial mediada məşhur olan #4noyabr viral kampaniyasının sirri nəhayət ki, açıqlanıb. Bu, “Marketing Meetup” Viral&Guerrilla tədbirinin viral kampaniyasıdır. Tədbirin belə geniş kütləni əhatə edən viral kampaniyasının olması insanların hələ də bu haqda müzakirələr aparmasına səbəb olub. Biz də marağı nəzərə alaraq “Marketing Meetup” tədbiri haqqında daha geniş məlumat əldə etməyə çalışdıq.
“Marketing Meetup” Viral&Guerrilla tədbiri haqqında detallı məlumat almaq üçün təşkilatçılardan biri Elgün Namazlıya yenidən suallarımızı ünvanladıq.
-Elgün bəy, çox qəribə bir viral kampaniya apardınız, insanlar günlərdir bu barədə danışırlar. Nəhayət ki, #4noyabr viral kampaniyasının sirrini açıqlamısınız. Necə düşünürsünüz, viral kampaniya öz məqsədinə çatdımı?
- Sualınız üçün təşəkkür edirəm. Bəli, düşünürəm ki, viral kampaniya öz məqsədinə çatdı. Çünki, viral kampaniyanın birinci məqsədi insanları 4 noyabrla bağlı həyəcanda saxlamaq, ikincisi isə həştəq ətrafında çoxlu hədiyyələr yığaraq bir qalib şəxsi mükafatlandırmaqdır. Bilirsiniz ki, Azərbaycanda hələ bu tipdə marketinq hadisəsi olmayıb. Artıq dəyəri 20 min manatdan çox olan hədiyyələr yığılıb. Bura bir çox sayda biznes qurumları da cəlb olunub. Onlar 4 noyabr tarixində təsadüfi bir nəfərə hədiyyə verəcəyini vəd ediblər. Artıq viral kampaniyanın nəyin start kampaniyası olduğunu elan etməyin vaxtı idi. İnsanlar “Marketing Meetup” Viral&Guerrilla tədbirində daha çox marketinq və PR ilə bağlı real təcrübələr barədə məlumat əldə edəcəklər.
“Marketing Meetup” Viral&Guerrilla tədbiri ölkədə bu günə qədər baş tutan tədbirlərdən fərqlənirmi? İnsanlar bu tədbirdən nə gözləsinlər?
- Bu tədbir start götürməsindən tutmuş yekununa qədər indiyə kimi olan tədbirlərdən fərqlənir. Əvvəlcə demək istəyirəm ki, tədbirin adı açıqlanana qədər böyük bir viral kampaniya həyata keçirildi. Şəhərin müxtəlif yerlərində bilboardlar yerləşdirildi, media daha çox bu kampaniya ilə bağlı yazdı. Digər bir fərqimiz odur ki, bu tədbir heç bir xüsusi quruma, brendə bağlı deyil. Tədbiri ölkədə öz sahələri üzrə kifayət qədər söz sahibi olan, böyük təcrübəyə malik, müstəqil marketoloq, PR-çılar hazırlayır. Daha bir fərq ondadır ki, bu tədbirə giriş dəvətnamə ilə olacaq, əlavə olaraq cəmi 5 ədəd VİP paket satışa çıarılıb. İştirakçılar saytımızda (meetup.az) qeydiyyatdan keçəcəklər və biz həmin şəxslərə dəvətnamə göndərəcəyik. Spikerlərimiz dərs keçməyəcək, bu sadəcə real təcrübələrin bölüşüldüyü yerdir. Sizin də bildiyiniz kimi, tədbirdə insanlar müxtəlif vəziyyətlərdə atmalı olduqları addımları real keyslərlə öyrənəcəklər.
Elgün bəy, 4 noyabr həştəqinin açıqlaması verildi və bildik ki, bu Marketing Meetup-dır. Adətən, viral kampaniyanın nə olduğu bilinəndən sonra həmin kampaniya dayandırılır. Qəribədir, #4noyabr-ın arxasındakı sirr açıqlansa da, kampaniya hələ davam edir...
- Bəli, tamamilə haqlısınız. Standartda belə marketinq hadisələrində viral kampaniyanın açıqlanmasından sonra fəaliyyəti bitmiş hesab olunur və əsas məğz üzərində iş gedir. Burada isə tam fərqlidir. Biz 4 noyabr gününün nə olduğunu açıqlasaq da, kampaniya öz axarında davam edir. İnsanlar hələ də paylaşır və biznes qurumları hədiyyələr vəd edirlər. Bu göstərir ki, kampaniya insanlar üçün necə maraqlıdır. Bir nüansı da qeyd edim ki, son hədiyyə qəbulunun oktyabrın 25-i olduğunu elan etmişik. Ayın 25-dən sonra hədiyyə qəbul etməyəcəyik və bu günə qədər vəd olunan hədiyyələrin hazırlanması, saytda yerləşdirilməsi prosesi ilə məşğul olacağıq.
Deyirsiniz ki, bu tədbir komanda işidir, amma mediada daim sizi görür, sizi dinləyirik. Digər təşkilatçılar kimlərdir?
- Haqlısınız, mediada daim mənim üzüm görünür. Bu bizim komandamızın PR-çısının hazırladığı strategiyanın bir hissəsidir (gülür). Əslində tədbir MarketingMeetupBaku Professional Networkünün ev sahibliyi ilə keçirilir. Bu komandanın üzvləri çoxdur və hər biri öz işinin peşəkarıdır. Haqqında danışdığımız tədbir üçün isə vaxtı olan həmkarlarımızdan ibarət işçi qrupu yaratmışıq. Bu işçi qrupuna dizaynerlər, sosial şəbəkə hesablarımızı idarə edən komanda yoldaşlarımız, eyni zamanda iş tədbirin təşkilati işlərini həyata keçirən Azərbaycanın PR və Marketinq sahəsində tanınmış simalarından ibarətdir ki, onlar öz işinin mütəxəssisləri olan – Müşviq İsgəndərov, Nicat Manafov, Vüqar Əliyarov, Elşən Məhərov, Samir Əfətli və Azər Nəzərovdur. Ancaq bir daha qeyd edirəm ki, bu saydıqlarım yalnızca bu tədbir üçün seçilmiş işçi qrupudur. Bütövlükdə MarketingMeetupBaku Professional Networkünün ev sahibliyi ilə keçirilir və hər bir MarketingMeetup üzvü ev sahibidir. Növbəti MarketingMeetupda isə böyük ehtimal ilə təşkilat komitəsi yenilənəcəkdir.
Elanlarda görürük ki, xarici qonaqlarınız da var...
- Bəli xarici spikerlərimiz var. Qonaqlarımız Türkiyədə Marketing Meetup-ın yaradıcılarından olan, bizim yerli marketoloqların da ən çox istifadə etdiyi saytlardan pazarlamasyon.com-un təsisçisi Necip Murat və “BatesMotelpro”dan Tansu Tunçeldir. Nəcip bəy özü də sosial şəbəkə hesabından bu barədə paylaşım edib və bildirib ki, 4 noyabrda Bakıda Marketing Meetup-da çıxış edəcək. Biz inanırıq ki, onların çıxışı da faydalı olacaq.
Elgün bəy, təşəkkür edirəm və sizə son sualımı vermək istəyirəm. İnsanlar arasında söz –söhbət gəzir ki, tədbirin əvvəli bu qədər səs-küylü oldusa, deməli tədbirin özündə də çox maraqlı nələrsə olacaq. Nə gözləyir iştirakçıları?
- Bəli, təbii, çox faydalı bir tədbir olacağını düşünürük. Təfərrüatlar haqqında ətraflı danışmaq istəmirəm. Bu sahədə olanları, bu sahəni dərindən öyrənmək istəyənləri yaxşı sürprizlər gözləyir. Tədbir ənənəvi Marketing Meetup tədbiridir. Əvvəldə də dediyimiz kimi, burada spikerlər təcrübələrini bölüşür. Tədbir panellərdən ibarətdir və hər panel üçün spikerlər olacaq. Çalışmışıq ki, elə spikerlər dəvət edək ki, onların öz sahələri üzrə dərin təcrübələri olsun. Düşünürəm ki, bütün panellər iştirakçılar üçün maraqlı olacaq.
Ətraflı məlumat: https://meetup.az saytında
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
8 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
8 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
13 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 19 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb

























