Ərəblər və Azərbaycan birgə yeni investisiya fondu yarada bilər
Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Ticarət Palataları Federasiyasının baş katibi Abdulrahim Hasan Naqi Azərbaycanla adıçəkilən regionun ölkələri arasında biznes əməkdaşlığının genişləndirilməsi üçün bir sıra təkliflər irəli sürüb.
Bakıda keçirilən Azərbaycan-Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələri biznes forumunda çıxışı zamanı baş katib bildirib ki, İslam İnkişaf Bankı Azərbaycanla Şuraya üzv ölkələrin həyata keçirdiyi layihələri maliyyələşdirə bilər.
Bundan başqa, təşkilat rəsmisi gömrük rüsumlarının azaldılmasını və ya ümumiyyətlə ləğv olunmasını təklif edib.
Baş katibin başqa bir təklifi vizalarla bağlıdır: "Təklif edirik ki, viza alınan zaman tələb olunan 20 dollar ləğv olunsun və aviabiletlərin qiymətinə əlavə edilsin".
O təklif edib ki, 2018-ci ildə Azərbaycanda Şuraya üzv ölkələrdə istehsal olunan məhsullarının sərgisi təşkil edilsin. "Ölkələrimizin istehsal etdiyi məhsulların burada tanınması lazımdır".
Baş katib iqtisadiyyat naziri Şahin Mustafayevin birgə investisiya fondunun yaradılması ilə bağlı təklifinə də müsbət reaksiya verib: "Azərbaycanla Şura ölkələri arasında investisiya fondunun yaradılması məqsədəuyğun olar".
Azərbaycanın iqtisadiyyat nazairi Şahin Mustafayev də bildirib ki, Azərbaycan və Körfəz ərəb ölkələri birgə investisiya fondu da yarada bilər.
"Bizim "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti"miz var. Analoji formatda investisiya fondu yaratmaq olar. Biz Qətərlə investisiya fondunun yaradılması ilə bağlı danışıqlar aparırıq. Ümid edirəm ki, bu layihə də reallaşacaq", - deyə nazir vurğulayıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















