Azərbaycanda Türkiyə bankına etibar edilən pullar
Azərbaycanda Türkiyə bankına etibar edilən pullar artır.
Ölkəmizdə bir çox insanlar hesab edir ki, “Ziraat Bank Azərbaycan” Türkiyənin nəhəng “Ziraat Bankası”nın törəməsi olduğundan bu bankın çətinliyə düşməsi ehtimalı aşağıdır. Bank müflis olsa belə Türkiyə bankı qlobal imicinə xələl gətirməmək üçün əmanətləri tam geri ödəyəcəkdir.
"Marja" Banka istinadən xəbər verir ki, 2016-cı ilin sonuna olan məlumata görə, “Ziraat Bank Azərbaycan”da fiziki şəxlərin cəmi depozitləri 21 milyon 906 min manata, o cümlədən fiziki şəxslərin müddətli depozitləri 17 milyon 159 min manata çatıb.
2015-ci ilin sonunda “Ziraat Bank Azərbaycan”da fiziki şəxslərin cəmi 2 milyon 451 min manat depoziti var idi ( ocümlədən 1 milyon 92 min manat müddətli depozitlər). Qısası ötən il Bankda fiziki şəxslərin cəmi əmanətləri 9 dəfədən çox artıb. (Bankın əmanət şərtləri barədə buradan oxuya bilərsiniz)
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” 2016-cı ili müsbət göstəricilər ilə başa vurub. Ətraflı buradan oxuyun.
Ziraat Bankı, Türkiyə ilə artan əlaqələrindən əlavə iqtisadi artım və sərmayə potensialına və coğrafi strateji mövqeyinə görə Azərbaycanda da “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti adı altında törəmə Bankını açmışdır. Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlamışdır.
Bank üç səhmdardan ibarət olmaqla açıq səhmdar cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası Anonim Şirkəti, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Sigorta Anonim Şirkəti və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler Anonim Şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























