"Pensiyalar ilə bağlı layihə Prezident Administrasiyasına təqdim ediləcək"
"Əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi ilə bağlı layihə ilin sonunadək Prezident Administrasiyasına təqdim olunacaq".
Bunu İstanbulda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir xatırladıb ki, 2017-ci il iyunun 1-dən "Əmək pensiyaları haqqında" qanuna müvafiq dəyişikliklər edilib: "Artıq pensiyaların artımının yeni forması qanunla müəyyənləşdirilib. Bu da ondan ibarətdir ki, hər ilin əvvəlində əvvəlki il əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyanın bütün məbləği indeksləşdiriləcək. Biz ilin sonunda Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkədə orta aylıq əmək haqqının artım sürəti haqqında rəsmi məlumat alacağıq və həmin səviyyəyə uyğun olaraq əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi barədə müvafiq təklifi dövlət başçımıza təqdim edəcəyik".
S.Müslümov hesab edir ki, bu, düzgün metoddur. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində əmək pensiyalarının artımı bu formada həyata keçirilir: "Çünki yeni edilən dəyişikliklərə görə artıq əmək pensiyalarının baza hissəsi deyilən bir anlayış yoxdur. Əvvəllər baza hissəsi cənab Prezidentin müvafiq sərancamına görə artırılırdı, sığorta hissəsi isə ölkədə infliyasiya faizinə uyğun olaraq indeksləşdirilirdi. Artıq baza hissəsi deyilən bir anlayış yoxdur, əmək pensiyalarının tam məbləği var. Bu məbləğin indeksləşdirilməsi lazımdı və bu indeksləşdirmədə ölkədə orta aylıq əmək haqqının illik artımının faizi əsas götürülüb".
Nazir bildirib ki, bundan başqa, ayrı-ayrı insanların individual, yəni fərdi hesablarına daha çox vəsait toplamalarına hər cür şərait yaradılıb. S.Müslümov vurğulayıb ki, onların pensiyalarının artımı buna bağlıdır: "Eyni zamanda yeni qanuna görə sosial sığorta hesabları fərdi hesaba açıqdır. Yəni istənilən şəxs bank vasitəsilə ora vəsait köçürə bilər və bu yolla da özlərinin pensiyasının artımına nail ola bilərlər”.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























