Gecikən kreditlər ödənib, bank sektorunda xalis mənfəət artıb
2017-ci ilin 8 ayı ərzində bank sektorunun cəmi xalis mənfəəti 350,3 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “Marja”ya daxil olmuş məlumata görə, bankların faiz gəlirləri 1 milyard 293 milyon manat, qeyri-faiz gəlirləri isə 537,4 milyon manat təşkil edib.
Xərclər çıxıldıqdan sonra bank sektoru 8 ayda 565,8 milyon manat əməliyyat mənfəəti əldə edib. Əməliyyat mənfəətindən ehtiyatlara ayırma edilib və mənfəət vergisi ödənilib.
2017-ci ilin 8 ayında bank sektorunun xalis mənfəəti 216,8 milyon manat təşkil etmişdi. Beləliklə, Avqustda bankların xalis mənfəəti 133,5 milyon manat atıb.
Mənfəətin artması əsasən ehtiyatların azad olması ilə bağlıdır. Belə ki, İyul ayının sonunda aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar 297,3 milyon manat ikən, 31 Avqust 2017-ci il tarixində 196,8 milyon manat təşkil edib. Bu geriləmə hansısa banklarda gecikmədə olan kreditlərin ödəndiyinə işarədir.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
21 d. əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
-
-
1 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 2 saat əvvəl
-
2 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib
Ən çox oxunanlar
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim


























