İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda yerləşən Firuz Heybətov adına Talabıqışlaq kənd tam orta məktəbində müəllim və şagird kollektivi ilə görüşüblər.
Görüşdə İnstitutun "Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi" şöbəsinin aparıcı elmi işçisi, dosent Ələsgər Sarıyev və "İnklüziv sosial inkişaf" şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov iştirak ediblər. Tədbirin əsas məqsədi uzun illər İqtisadiyyat İnstitutunda səmərəli elmi fəaliyyət göstərmiş, iqtisadi fikir tarixinin tanınmış tədqiqatçısı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Xosrov Kərimovun zəngin elmi irsinin və xatirəsinin yad edilməsi olub.
Tədbir çərçivəsində alimlər Xosrov Kərimovun həyat və yaradıcılığına həsr olunmuş xatirə kitabını məktəbin müəllim və şagird kollektivinə təqdim ediblər. Çıxışlarda görkəmli iqtisadçının elmi fəaliyyəti, iqtisadi fikir tarixinin araşdırılması sahəsində xidmətləri, həmçinin onun gənc nəslin maariflənməsi və elmi düşüncəsinin formalaşmasına verdiyi töhfələrdən bəhs olunub.
Xosrov Kərimovun həyat yolu və yaradıcılığı haqqında səsləndirilən fikirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, müəllim və şagirdlər alim haqqında xatirələr və təqdim olunan kitab ətrafında fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində İqtisadiyyat İnstitutunun əməkdaşları Talabıqışlaq kəndində yerləşən Xosrov Kərimovun məzarını da ziyarət edərək onun əziz xatirəsini ehtiramla anıblar, ruhuna dualar oxuyublar.
Tədbir görkəmli alimlərin elmi irsinin gənc nəslə tanıdılması, milli elmi-mənəvi dəyərlərin təbliği və elmə marağın artırılması istiqamətində həyata keçirilən maarifləndirici təşəbbüslərdən biri kimi dəyərləndirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























