“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
(®) Sərfəli xidmətləri ilə tanınan “Nar” abunəçiləri artıq eSIM texnologiyası vasitəsilə “Asan İmza” rəqəmsal imza xidmətindən istifadə edə bilərlər.
İstifadəçilər xidmətlə bağlı bütün vacib məlumatları “Nar+” mobil tətbiqi vasitəsilə operativ şəkildə izləyə, eyni zamanda fiziki SIM kartdan eSIM formatına asanlıqla keçərək 2500-dən çox elektron xidmətə təhlükəsiz və rahat çıxış əldə edə bilərlər.
eSIM üzərindən təqdim olunan bu xidmət yüksək təhlükəsizlik standartlarını qoruyaraq fiziki SIM kartın itirilməsi və ya oğurlanması riskini aradan qaldırır, eyni zamanda plastik kartlardan istifadəyə ehtiyacı azaltmaqla istifadəçilərə bir cihazda bir neçə nömrəni aktivləşdirmək imkanı yaradır.
Qeyd edək ki, bu xidmət fiziki və hüquqi şəxslər üçün 3 il müddətinə təqdim olunur. Aktivləşdirmə “Nar” Müştəri Xidmətlərində həyata keçirilir. eSIM əsaslı “Asan İmza” xidmətinin aktivləşdirmə zamanı PIN kodları əvvəlcədən təqdim edilmir, abunəçilər bu kodları ilk autentifikasiya və ya imzalama prosesi zamanı onlayn şəkildə təyin edirlər. PIN kodların blokdan çıxarılması isə 1847 – “Asan İmza” Çağrı Mərkəzi vasitəsilə onlayn qaydada təmin olunur.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























