Bu gün Sadıq Sadıqovun 100 illik yubileyidir
Bu gün əməkdar iqtisadçı, ölkənin maliyyə sisteminin inkişafında mühüm rol oynamış Sadıq Sadıqovun anadan olmasının 100 illiyi tamam olur.
Bu barədə Marja.az-a Sadıq Sadıqovun ailəsi məlumat verib.
Qeyd edilib ki, Sadıq Sadıqov uzun illər ərzində Azərbaycanın bank sektorunda yüksək vəzifələrdə çalışıb. O, SSRİ Dövlət Bankının Bakı şəhər idarəsinin rəisi, Azərbaycan SSR Dövlət Bankı sədrinin müavini və 1975–1995-ci illərdə SSRİ Sənaye-Tikinti Bankının (Stroybank) Azərbaycan Respublikası üzrə İdarə Heyətinin sədri vəzifələrində fəaliyyət göstərib.
Onun rəhbərliyi dövründə həyata keçirilən layihələr arasında bu gün "Rabitəbank"ın baş ofisi kimi fəaliyyət göstərən, əvvəllər "Kapital Bank"ın yerləşdiyi "Stroybank"ın tarixi binası da yer alır.
Tarixi faktlara görə, "Stroybank" sisteminin Azərbaycan üzrə filial şəbəkəsi müstəqillik dövründə ölkənin bank sisteminin formalaşmasında mühüm rol oynayıb və yeni maliyyə institutlarının yaradılması üçün əsas bazalardan biri olub.
O, SSRİ-nin “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri ilə təltif olunub, 1982-ci ildə isə “Azərbaycan SSR Əməkdar İqtisadçısı” fəxri adına layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
4 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























