TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın əməkdaşlığı ilə həyata keçirilən TəhsilPlus layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində təşkil olunan tədbirlərdə təhsil işçilərinə TəhsilPlus kartları təqdim edilib və layihənin təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib.
Təqdimat mərasimlərində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.
Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə çıxışında bildirib ki, müəllimlərə verilən dəyərin onların gündəlik həyatlarında da hiss olunması vacibdir: "Biz təhsil haqqında danışanda əslində gələcək haqqında danışırıq. Güclü təhsilin və uğurlu gələcəyin mərkəzində müəllimlər dayanır. Ona görə də hesab edirik ki, müəllimlərə verilən dəyər onların gündəlik həyatlarında da hiss olunmalıdır. TələbəPlus layihəsində əldə etdiyimiz təcrübə göstərdi ki, təhsil sahəsinə yönəlmiş həllər insanların gündəlik həyatında real fayda yarada bilir. TəhsilPlus da həmin yanaşmanın davamıdır".
Tədbir zamanı iştirakçılara TəhsilPlus kartının təqdim etdiyi imkanlar, tərəfdaş şəbəkələrində mövcud olan güzəştlər və üstünlüklər barədə ətraflı məlumat verilib. Eyni zamanda bir qrup təhsil işçisinə TəhsilPlus kartları təqdim olunub.
Tədbirdə bildirilib ki, TəhsilPlus kartı təhsil işçilərinə müxtəlif xidmət və məhsullar üzrə güzəşt və üstünlüklər təqdim etməklə onların gündəlik həyatına əlavə dəyər qazandırır. Layihənin gələcəkdə 450 minə yaxın təhsil işçisini əhatə etmək potensialı mövcuddur.
Qeyd edək ki, TəhsilPlus layihəsi təhsil işçilərinin sosial rifahına dəstək olmaq, onların müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə faydalanmasına imkan yaratmaq və gündəlik həyatlarına əlavə dəyər qazandırmaq məqsədi daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























