Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
(®) PAŞA Bank “Miles&Smiles PAŞA Bank” kart sahibləri üçün yeni “Overnight Mile” (hesab qalığına görə mil qazancı) funksionallığını təqdim edib.
Artıq millər yalnız kartla edilən alış-verişlərdən deyil, hesabda vəsait saxladıqca da qazanılır. Yeni funksionallıq sayəsində kart sahibləri heç bir əlavə əməliyyat və ya müraciət etmədən hər ay avtomatik mil əldə edə biləcəklər. Sistem hesab üzrə aylıq orta qalığı nəzərə alaraq müvafiq milləri hesablayır və onları növbəti ayın əvvəlində birbaşa müştərinin Miles&Smiles hesabına köçürür. Bu millər Miles&Smiles proqramının standart milləri hesab olunur və Turkish Airlines başda olmaqla, Star Alliance şəbəkəsinə daxil olan aviaşirkətlərdə aviabilet əldə etmək, xidmət sinfini yüksəltmək və digər üstünlüklərdən yararlanmaq üçün istifadə edilə bilər.
Beləliklə, “Miles&Smiles PAŞA Bank” kartları gündəlik ödəniş vasitəsindən daha geniş imkanlar təqdim edərək müştərilərə hesablarında saxladıqları vəsaiti əlavə səyahət üstünlüklərinə çevirmək imkanı yaradır.
Funksionallıq çərçivəsində hesablamalar minimum 1,000 AZN və maksimum 15,000 AZN məbləğində aylıq orta hesab qalığı əsasında aparılır.
“Overnight Mile” funksionallığı hesab qalığının potensialını əlavə dəyərə çevirərək müştərilərə daha çox mil toplamaq və daha çox səyahət etmək imkanı yaradır.
Yeni funksionallıq, millərin hesablanma qaydaları və kartların sifarişi barədə ətraflı məlumatı müvafiq keçid vasitəsilə əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















