“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
“Aztelekom”: 200 Mbit/s hədəfi üçün texniki baza formalaşıbAzərbaycanda yaxın illərdə orta internet sürətinin 200 Mbit/s və daha yüksək səviyyəyə çatdırılması real hədəf kimi qiymətləndirilir.
Marja xəbər verir ki, bunu “QəbuldASAN” verilişində çıxışı zamanı AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov bildirib.
Onun sözlərinə görə, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkə üzrə fiber-optik infrastrukturun genişləndirilməsi nəticəsində artıq qiqabit tutumlu sabit genişzolaqlı şəbəkə formalaşdırılıb.
“Hazırda ölkəmizdə 200 Mbit/s və daha yüksək orta sürətə keçid üçün texniki imkanlar artıq mövcuddur. Son illərdə həyata keçirilən layihələr nəticəsində bu hədəfə çatmaq üçün əsas infrastruktur formalaşdırılıb”, – deyə Həsən Ömərov qeyd edib.
O, eyni zamanda bildirib ki, “Aztelekom”un 10G və 50G PON texnologiyalarının tətbiqi istiqamətində gördüyü işlər gələcəkdə istifadəçilərə, hətta 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunmasına imkan verəcək.
Qeyd edək ki, son illərdə “Aztelekom” beynəlxalq səviyyədə bir sıra nüfuzlu mükafatlara layiq görülüb. Şirkət “Ookla” tərəfindən “Ən sürətli sabit şəbəkə”, Dünya Genişzolaqlı Assosiasiyası tərəfindən “Gigacity Champion”, “IDATE” tərəfindən isə “Ultra-Broadband Resilient Network for AI Development” mükafatlarını qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























