Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
İranın Beyrut ətrafına endirilən İsrail zərbəsinə cavab olaraq İsrailə doğru çoxsaylı raket zərbələri endirməsindən sonra bazar ertəsi neft qiymətləri yüksəlib.
Marja xəbər verir ki, bu hadisə kövrək atəşkəsi təhlükə altına salıb və münaqişənin danışıqlar yolu ilə sona çatacağına dair ümidləri zəiflədib.
Brent neft fyuçersləri 4,4 faiz bahalaşaraq bir barel üçün 97,21 dollara yüksəlib (Bakı vaxtı ilə saat 08:50-yə olan məlumat).
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlar atəşkəs ümidlərini zəiflədib.
İran bazar günü axşam saatlarında İsrailin şimalına doğru bir neçə raket atıb. Məlumatlara görə, İsrailin hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirib.
Tehran hücumun İsrailin Beyrutun cənub ətraflarında keçirdiyi əməliyyatlara cavab olduğunu bildirib. İsrail rəsmiləri isə əlavə hərbi addımlar barədə xəbərdarlıq ediblər və İrana cavab raket zərbələri endirilib. İsrail İranda neft-kimya şirkətinə də zərbə endiri. Bu qarşılıqlı zərbələr aprel ayında qüvvəyə minən atəşkəsdən bəri ən ciddi pozuntu kimi qiymətləndirilib.
Son gərginlik qlobal neft istehlakının təxminən beşdəbirinin daşındığı kritik dəniz marşrutu olan Hörmüz boğazından neft axınlarında fasilənin uzanacağı ilə bağlı narahatlıqları yenidən artırıb.
Axios-un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bazar günü İsrailin Baş naziri Benyamin Netanyahuya İranın raket hücumuna cavab verməməyi tövsiyə edəcəyini bildirib.
Neft qiymətləri ötən həftənin sonunda gərginliyin azalacağına dair ümidlər fonunda kəskin ucuzlaşmışdı. Brent nefti cümə günü ticarəti təxminən 93 dollar, WTI isə 90,54 dollar ətrafında başa vurmuşdu. Lakin son hərbi toqquşmalar bu gözləntiləri sürətlə dəyişib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























