“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
"General Mobile" şirkətinin baş direktor müavini İlkay Cihaner bildirib ki, ötən illə müqayisədə çip qiymətlərində 6 dəfəyədək artım müşahidə olunub. Onun sözlərinə görə, smartfon istehsalı xərclərində əvvəllər təxminən 15% paya malik olan yaddaş komponentlərinin payı hazırda 50%-ə yaxınlaşıb. Cihaner sektorun ötən illə müqayisədə təxminən 13% kiproqnozlaşdırdıqlarını qeyd edib. O, həmçinin il ərzində smartfon qiymətlərində 35-40% aralığında bahalaşma gözlədiklərini bildirib.Dünya üzrə süni intellekt məlumat serverlərinə yatırımların artması yaddaş və çip xərclərinin yüksəlməsinə, eləcə də təchizat problemlərinə səbəb olur.
“General Mobile" şirkətinin baş direktor müavini İlkay Cihaner smartfon bazarı ilə bağlı deyib:
“Qlobal bazarda smartfon seqmentində çox ciddi böhran yaşanır. Süni intellekt məlumat serverlərinə yatırımların artması yaddaş və çip xərclərinin yüksəlməsinə səbəb olub. Nəticədə qlobal bazarda birinci rübdə 2,9%-lik azalma qeydə alınıb. 2026-cı il üzrə bütün proqnozlar sektorun ötən illə müqayisədə təxminən 13% azalacağını göstərir. Bu, sektorun getdiyi istiqamət baxımından mühüm dönüş nöqtəsinə işarə edir”.
Smartfon qiymətlərində 40%-dək artım gözlənilir
İlkay Cihaner bildirib ki, smartfon istehsalı xərclərində əvvəllər 15% olan çiplərin payı hazırda 50%-ə yaxınlaşıb.
Cihaner qeyd edib:
“Yaddaş qiymətlərində ötən illə müqayisədə 6 dəfəyədək artım baş verib. Smartfonun maya dəyərində yaddaşın payı əvvəllər 15% olduğu halda, hazırda bu göstərici 45-50% səviyyəsinə yüksəlib. İlin əvvəlindən bu yana pərakəndə satış qiymətlərinə əks olunan artım təxminən 15% səviyyəsindədir. İlin sonunadək isə ümumi bahalaşmanın 35-40% aralığında olacağı gözlənilir. Xüsusilə aşağı və orta seqmentdə maya dəyərinin artımı yuxarı və premium seqment cihazlarla müqayisədə daha güclü təsir göstərib. Süni intellekt məlumat mərkəzlərinə yatırımlar həyata keçirilərkən yaddaş və çip istehsalçıları ilə razılaşmalar növbəti 6 ay və ya 1 il üçün deyil, qarşıdakı 5 il üçün bağlanır. Bu isə böhranın qısa müddətli və müvəqqəti bir dalğalanma olmadığını göstərir. 2028-ci ilədək bu artım tendensiyasının davam edəcəyini görürük”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























