İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
(®) “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) beynəlxalq sığorta sektorunda mühüm əhəmiyyət daşıyan Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna (IFIGS – International Forum of Insurance Guarantee Schemes) tamhüquqlu üzv kimi qəbul edilib. Qərar 2026-cı ilin 26 may tarixində IFIGS İdarəetmə Komitəsinin iclasında İSB-nin üzvlük müraciətinə baxıldıqdan sonra qəbul olunub.
Böronun yaydığı məlumatda bildirilir ki, IFIGS dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən sığorta zəmanət fondlarını və analoji qurumları bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. ABŞ, Böyük Britaniya, Kanada, Cənubi Koreya, Almaniya, Fransa, Avstraliya, Qazaxıstan və Türkiyə kimi nüfuzlu ölkələrin aidiyyəti qurumlarının təmsil olunduğu Forumun əsas məqsədi sığortalıların, sığorta olunanların, faydalanan şəxslərin və zərərçəkmiş üçüncü şəxslərin maraqlarının qorunması sahəsində təcrübə mübadiləsini təşviq etmək, sığorta zəmanət mexanizmlərinin institusional və praktiki inkişafına dəstək vermək, habelə üzv qurumlar arasında əməkdaşlığı gücləndirməkdir.
Eyni zamanda, Forum sığortaçıların öhdəliklərini icra edə bilmədiyi, maliyyə çətinliyi ilə üzləşdiyi və ya müflisləşdiyi hallarda tətbiq olunan kompensasiya və zəmanət mexanizmləri üzrə qabaqcıl beynəlxalq təcrübənin paylaşılmasına və bu sahədə yanaşmaların təkmilləşdirilməsinə töhfə verir.
İSB-nin IFIGS-ə üzvlüyü Büro üçün mühüm strateji əhəmiyyət daşıyır. Üzvlük İSB-nin beynəlxalq səviyyədə tanınmasının növbəti göstəricisi olmaqla yanaşı, quruma qabaqcıl beynəlxalq təcrübəyə çıxış imkanları yaradacaq, sığorta zəmanət mexanizmlərinin inkişafı istiqamətində əməkdaşlığı genişləndirəcək və Azərbaycan sığorta sektorunun beynəlxalq təşkilatlarda təmsilçiliyini daha da gücləndirəcək.
Eyni zamanda, üzvlük çərçivəsində metodologiya, hüquqi və institusional yanaşmalar, habelə risklərinidarə olunması sahələrində yeni əməkdaşlıq imkanlarının formalaşması gözlənilir. Bu isə ölkədə sığorta sisteminin dayanıqlılığının artırılmasına, habelə sığortalıların və zərərçəkmiş şəxslərin maraqlarının daha effektiv qorunmasına xidmət edəcək.
İSB beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və sığorta sektorunun davamlı inkişafı istiqamətində fəaliyyətini bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
19 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 20 saat əvvəl
-
21 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























