Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Görüşlərdə boru məhsullarının tədarükü, keyfiyyət və sertifikatlaşdırma tələbləri, habelə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsi olan “Baku Steel Company” QSC (BSC) 31-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində (Caspian Oil & Gas 2026) Gold Sponsor statusunda iştirak edib. Tədbir 1–3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilib və 46 ölkədən 276 şirkəti bir araya gətirib.
BSC stendində beynəlxalq standartlara, o cümlədən API tələblərinə uyğun istehsal edilən neft-qaz sektoru üçün boru məhsulları xüsusi diqqət cəlb edib. Ekspozisiya BSC-ni tikinti, sənaye və neft-qaz sahələri üçün polad məhsulların milli istehsalçısı kimi təqdim etməyə imkan verib.
Sərgi çərçivəsində şirkət nümayəndələri tərəfdaşlar, potensial sifarişçilər və ixtisaslaşmış qurumlarla görüşlər keçirib. Görüşlərdə boru məhsullarının tədarükü, keyfiyyət və sertifikatlaşdırma tələbləri, habelə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirin yekununda təşkilatçılar BSC-yə sponsor dəstəyinə görə təşəkkürlərini bildirib və şirkətin iştirakını xatirə kompozisiyası ilə qeyd ediblər.
ŞİRKƏT HAQQINDA
“Baku Steel Company” QSC — Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir. Müasir Avropa texnologiyaları əsasında fəaliyyət göstərən şirkət tikinti, infrastruktur və sənaye sahələri üçün yüksəkkeyfiyyətli polad məhsullar — armatur, tikişsiz borular və ferroərintilər istehsal edir. BSC məhsulları beynəlxalq sertifikatlaşdırma tələblərinə cavab verir və ABŞ, Avropa İttifaqı və digər ölkələrin bazarlarına ixrac olunur.
Ətraflı məlumat: www.bakusteel.com
Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisində BSC stendindən şəkillər
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























